Vaqif Həsənov “Qız Qalası” Milli Mükafatına layiq görüldü
“Qarant Sığorta” ASC İdarə Heyətinin sədri Vaqif Həsənov respublikada sığorta sisteminin müasirləşməsində xidmətlərinə görə “Qız qalası” Milli Mükafatına layiq görülüb.
Qeyd edək ki, mükafat Avrasiya Gazeteciler Dərnəyinin Qafqaz Təmsilçiliyi, İctimai Fikir Fondu, İctimai Nəzarət Mərkəzi, "İctimai Rəy" Analitik Mərkəzi tərəfindən təsis olunub.
Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 87-ci il dönümü və 28 may Respublika Günü münasibətilə təsis olunan layihə çərçivəsində paytaxt və 17 rayonda sorğu keçirilib.
Bu sorğunun nəticələri Türkiyə Cümhuriyyətindən Avrasiya Gazeteçilər Dərnəyi, Avrasiya Haber Ajansı, Azərbaycandan İctimai Fikir Fondu, İctimai Nəzarət Mərkəzi, "İctimai Rəy" Analitik Mərkəzinin ekspertləri tərəfindən araşdırıldıqdan sonra qərara alınıb ki, 9653 anketin 456-ı etibarsız sayılsın. 9197 anketin nəticələrinə görə, qalib gələn şəxslər “Qız Qalası” Milli Mükafatı laureatı elan olunublar.
Laureatlar arasında dövlət başçısı İlham Əliyev, nazirlər, ölkənin ictimai-siyasi xadimləri də var.