![]() | |||
|
09 sentyabr – 2011, Bakı : Azərbaycanın aparıcı sığorta şirkəti olan “Qarant Sığorta”-nın İdarə Heyətində dəyişikliklər baş verib. Şirkətin İdarə heyətinin sabiq sədri Vagif Həsənov 6 sentyabr tarixindən etibarən “ZQAN Holdinq” Şirkətlər Qrupunun İdarə Heyətinin Sədr vəzifəsinə təyin olunmuşdur. V. Həsənovun yerinə isə 7 sentyabr tarixindən etibarən Fuad Allahverdiyev şirkətin İdarə Heyətinin Sədr vəzifəsini müvəqqəti icra edən keçirilmişdir.
V.Həsənov ali təhsilini Bakıda almış, 1998-2002-ci illər Аzərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş və uzun müddət sığorta sektorunda çalışmışdır. Karyerasına sığorta üzrə agent vəzifəsindən başlayan Vagif Həsənov 2007-ci ilin sonundan etibarən sığorta sektorunun aparıcı şirkətlərindən biri olan "Qarant Sığorta"-nın İdarə Heyətinin Sədri olaraq çalışıb. Fuad Allahverdiyev "Qarant Sığorta" ASC-nin İdarə Heyətinin Sədr müavini idi və "Qarant Sığorta" ASC-nin Anderraytinq Departamentinə rəhbərlik edirdi. "Qarant Sığorta" ASC-də fəaliyyətə başlamazdan əvvəl F.Allahverdiyev 2003-cü ildən etibarən yerli sığorta şirkətlərin birində çalışmışdır. F. Allahverdiyev Bakı Dövlət Universitetinin məzunudur və beynəlxalq hüquq üzrə bakalavr və magistr dərəcələri almışdır. F.Allahverdiyev həmçinin Rusiya Federasiyası Ədliyyə Nazırliyinin nəzdində Rusiya Hüquq Akademiyasının hüquq fakultəsini bitirmişdir. Çarter Sığorta İnstitutunun (Böyük Britaniya, London) diplomunu almışdır. Xatırladaq ki, “Qarant Sığorta” Şirkəti 2007-ci il noyabrın 27-də fəaliyyətə başlayıb və ölkənin ən iri holdinqlərindən biri hesab olunan “ZQAN Holdinq”-ə daxildir. Şirkət həm fərdi, həm də korporativ müştərilərə 18 könüllü və 4 icbari sığorta növü üzrə xidmət təklif edir. |
||
![]() ISO 9001-2008 Certified |