![]() | |||
|
Şirkətin əməkdaşlarının övladları valideynlərinin iş yeri ilə tanış olublar
12 sentyabr 2011, Bakı: Azərbaycanın aparıcı sığorta şirkəti olan “Qarant Sığorta”-da “uşaq günü” keçirilib. Dünyada geniş vüsət alan bu layihənin əsas məqsədi uşaqların öz valideynlərinin iş yeri ilə tanış etmək, maarifləndirməkdir. Günün ilk yarısında şirkətin işçilərinin uşaqları üçün “Qarant Sığorta”-nın departamentlərinə qısa ekskursiya təşkil edilərək iş prinsipləri ilə tanış edilib və sualları cavablandırılmışdır. “Uşaq günü” ərzində şirkət əməkdaşlarının övladları öz valideynlərinin yerində əyləşərək onların vəzifə və öhdəlikləri ilə tanış olmuşlar. Günün sonunda isə uşaqlara xatirə hədiyyələri verilmişdir. Layihənin məqsədlərinə uşaqlarda iş həyatı haqqında ilkin fikirlərin və bu yaşdan etibarən iş məsuliyyətinin yaradılması və gələcək məqsədlərinin formalaşdırılmasına dəstəkdə daxildir. Qeyd edək ki, “uşaq günü” layihəsi ilk dəfə 2003-cü ildə ABŞ-da keçirilməyə başlamışdır. Layihə əvvəlcədən gender balansını qorunması üçün yalnız qız uşaqlar üçün nəzərdə tutulsa da sonradan layihədə oğlanlarda iştirak etməyə başlamışlar. Xatırladaq ki, “Qarant Sığorta” Şirkəti 2007-ci il noyabrın 27-də fəaliyyətə başlayıb və ölkənin ən iri holdinqlərindən biri hesab olunan “ZQAN Holdinq”-ə daxildir. Şirkət həm fərdi, həm də korporativ müştərilərə 18 könüllü və 4 icbari sığorta növü üzrə xidmət təklif edir. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
||
![]() ISO 9001-2008 Certified |