Gözləyin...

Regionlarda sosial ipoteka

Faiz dərəcəsi: 6 %
Kredit məbləği: 20 000 AZN
Kreditin müddəti: 3 - 20 il
Начальный взнос: 15%
Yenilənib 31.01.2023

Kreditin hesablanması

Hansı məbləğdə lazımdır?
Hansı müddətə?
Faiz
0
Aylıq ödəniş
0
Qaytarılma məbləği
0
Kalkulyatordakı hesablamalar təxminidir. Daha ətraflı informasiya məhsulun rəsmiləşməsi zamanı veriləcəkdir.

Məhsulun təsviri

Regionlarda (Bakı, Sumqayıt, Abşeron zonası istisna olmaqla) yaşayan və işləyən, rəsmi gəlirə malik əhalinin mənzil əldə etməsi üçün bankın daxili vəsaiti hesabına təqdim etdiyi sosial ipoteka krediti

Kreditin məbləği 20000 AZN dək
Kreditin müddəti 3 - 20 il
Müddət

36 - 240 ay

Məbləğ

20 000 AZN-dək

Faiz

6%

İlkin ödəniş

15%-dən başlayaraq (hal-hazırda mülkiyyətində ev/mənzil olmayan şəxslər üçün)

30%-dən başlayaraq (hal-hazırda mülkiyyətində ev/mənzil olan şəxslər üçün)

Komissiya haqqı

yoxdur

Digər şərtlər
  • Borcalanın iş yeri regionda olmalıdır (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna)
  • Borcalanın əmək müqaviləsi üzrə rəsmi gəliri olmalıdır
  • İpoteka krediti üzrə aylıq ödəniş - aylıq xalis gəlirin 70%-dək olmalıdır
  • Borcalan bu kreditdən yalnız bir dəfə yararlana bilər
Tələb olunan sənədlər

Borcalanın (birgəborcalanın) şəxsiyyətini təsdiq edən sənəd

  • Borcalanın subay olduğu halda subaylıq haqda arayış (VVADQ şöbəsi)

  • Borcalanın (evli olduğu halda) nikah şəhadətnaməsi (Əgər boşanma aktı müəyyən olunubsa subaylıq haqda arayışdan əlavə olaraq boşanma haqda məhkəmə qərarı və qətnaməsi)

  • Borcalanın (birgəborcalanın) ailə tərkibi haqqında arayış (ASAN Xidmət)

  • Borcalan (birgəborcalan) (evli olduğu halda həyat yoldaşının da) doğum haqqında şəhadətnaməsi

  • Borcalanın (birgə borcalanın) əmək kitabçası (İnsan resursları şöbəsi tərəfindən təsdiqli) (hər bir iş yeri üzrə)

  • E-gov –dan arayış və ya iş yerindən arayış ( e-gov dan arayış olmadığı halda) (hər bir iş yeri üzrə)

  • Əmək haqqı barəsində bank hesabından çıxarış (Əmək haqqı kartında mədaxil sayı azdırsa əvvəlki iş yerindən əmək haqqı çıxarışı nəzərə alınacaq) (hər bir iş yeri üzrə)

  • Təqaüd/Müavinət kartından 12 ay çıxarışı (Təqaüd/Müavinət gəliri olduqda)

  • Təqaüd/Müavinət barədə arayış (Təqaüd/Müavinət gəliri olduqda)

İpotekanın rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər

Satıcının (evli olduğu halda həyat yoldaşının da) şəxsiyyət vəsiqəsinin surəti

  • Satıcı subay olduğu halda subaylıq haqda arayış (VVADQ şöbəsi)
  • Satıcının (evli olduğu halda) nikah şəhadətnaməsi (və ya nikahın pozulması haqqında şəhadətnamənin surəti və nikahın pozulması barəsində məhkəmə qətnaməsi)
  • Satıcının (evli olduğu halda həyat yoldaşının da) doğum şəhadətnaməsi
  • Alınan evin/mənzilin çıxarış sənədi və texniki pasportu (Çıxarış verilmə tarixi 1 ildən azdırsa evin köhnə sənədi . Bu ya köhnə çıxarış və ya müqavilə ola bilər. (Köhnə çıxarış olduqda MTK/bələdiyyə). Həmçinin köhnə tarixlə komunal ödənişlər qəbzi)
  • Forma 1 - Yaşayış sahəsinin qeydiyyata alınmış hüquqlar və yüklü (girovda) olmaması haqqında arayış (Notariat kontoru)
  • Forma 2 - qeydiyyatda olanların siyahısı (Notariat kontoru/ASAN Xidmət)
  • Yaşayış sahəsi üzrə qeydiyyatda olanların şəxsiyyətini təsdiq edən sənədləri və razılıq ərizələri (Notariat kontoru)
  • Satıcı evli olduğu halda həyat yoldaşının razılıq ərizəsi (Notariat kontoru)
  • Alıcı evli olduğu halda həyat yoldaşının razılıq ərizəsi (Notariat kontoru)
  • Girovun qiymətləndirmə aktı

Kapital Bank haqqında ümumi informasiya

Lisenziya 244
Baş ofis Bakı, Füzuli küç., 71 AZ1014
Telefon 196
Rəsmi sayt https://www.kapitalbank.az/
Sosial mediada      

Reytinq və rəylər

0.0
0 rəy
Rəy yoxdur :(