ABB “Faydalı kəşbek” limitlərini artırdı

Artıq ABB müştəriləri öz ABB kartları ilə etdikləri ödənişlərdən daha çox keşbek qazanacaqlar. Belə ki, “Faydalı kəşbek”paketləri üzrə ay ərzində qazanıla bilən maksimum faydalı keşbek məbləği 100 AZN-dən 300 AZN-ə qaldırılıb.
“Faydalı kəşbek”paketləri üzrə ay ərzində bir əməliyyatdan qazanıla biləcək 30 manat limiti aradan qaldırılıb.
“Faydalı kəşbek”paketləri üzrə ay ərzində bir kateqoriya üzrə qazanıla biləcək maksimal məbləğ 30 AZN, minimal məbləğ 0.01 AZN-dir;
Hər hansı əməliyyat üzrə müştəri maksimal kəşbek məbləğini qazanarsa, həmin kateqoriyanın faizindən aslı olmayaraq bundan sonrakı əməliyyatlar üzrə 1% kəşbek hesablanacaq. Misal üçün, parfümeriya kateqoriyası üzrə 5%kəşbek verilirsə, müştəri yeni şərtə əsasən maksimum 30 AZN kəşbek qazandıqdan sonra kateqoriyanın faiz dərəcəsi 5%-dən 1%-ə düşəcək. Və müştəri 300 AZN-dək kəşbek qazanmağa davam edəcək;
Qazanılmış kəşbek vəasitlərindən mobil tətbiq daxilindəki bütün ödənişlər üzrə istifadəsinə dair müəyyən edilmiş maskimal aylıq 50 AZN limiti ləğv olundu;
Qazanılmış kəşbek vəsaitlərinin balans 10 AZN olduqdan sonra, müştərinin özünə məxsus ABB kartlarına köçürülməsi 100 AZN -dən 150 AZN-ə yüksəldildi;
Qeyd edək ki, bu dəyişikliklər 1 mart tarixindən etibarən qüvvəyə minəcək.