Gözləyin...

XalqOnline tətbiqi daha əlçatan oldu

Bank məhsulları 18 March 2025

XalqOnline tətbiqi daha əlçatan oldu

Xalq Bank müştərilərinə XalqOnline mobil tətbiqini daha da əlçatan etdi. Tətbiqin yeni versiyası bankın müştərisi olmayan şəxslərə də mobil nömrə ilə qeydiyyatdan keçmək imkanı verir.

İstifadəçilər XalqOnline-da kommunal, mobil, parkinq, kredit və digər ödənişlər, ƏDV geri al xidməti, ölkədaxili və xarici köçürmələr, valyuta alqı-satqısı əməliyyatlarını icra edə bilərlər. Rahat ödənişlər üçün şablon və dövri ödənişlər yaratmaq funksionallığı mövcuddur. Tətbiqdə onlayn hesab açmaq, kredit, kart və müxtəlif sığorta məhsullarının sifarişini həyata keçirmək mümkündür. Qeyd edək ki, əvvəlki dövrdə yalnız Xalq Bank müştəriləri tətbiqin bu imkanlarından yararlana bilərdilər, indi isə hər kəs XalqOnline tətbiqini İOS və ya Android platformalarından yükləməklə məsafədən məhsul sifariş edə və bankın müştərisinə çevrilə bilər.

 



 


 

Telegram kanalımıza abunə ol