Gözləyin...

ABB və Bolt taksi sürücüləri üçün yeni kobrend kartını təqdim edib

Bank məhsulları 28 June 2024

ABB Visa və Bolt ilə yeni kobrend kartını təqdim edib. Bu kart Bolt-la əməkdaşlıq edən taksi sürücüləri üçün nəzərdə tutulub. Onlar kartı “Business İnternet Bank” sistemindən əldə edib onun imkanlarından faydalana bilərlər.

Bu kart həm debet, həm də kredit  funksiyasını özündə birləşdirir. Sərnişinlərin nağdsız şəkildə ödədikləri gedişhaqqı birbaşa sürücünün kobrend kartına köçürülür. Taksi sürücülərinə bu kartdan kredit kartı kimi də istifadə etmək imkanı yaradılıb. Kart üzrə kredit limitini artırmaq, əlavə edilmiş vəsaitlərlə ödənişlər aparmaq olar.

Kartın başqa üstünlükləri də var. Sürücülər bu kartla ABB-nin “Fayda” loyallıq sisteminə və “Fayda Max” proqramlarına qoşulurlar. ABB onların fərdi ehtiyaclarına, müştəri təcrübələrinə uyğun maraqlı imkanlar yaradıb. Belə ki, taksi sürücüləri ən çox istifadə etdikləri məkanlarda – yanacaqdoldurma məntəqələrində, avtomobillər üçün ehtiyat hissələri satılan mağazalarda, bəzi kafe və restoranlarda bu kartla yüksək keşbek qazanacaqlar.

 

 

Telegram kanalımıza abunə ol