Gözləyin...

Azər Türk Bank müştərilər üçün sərfəli kampaniyanı davam etdirir

Bank məhsulları 3 March 2025

 Azər Türk Bank fiziki şəxslər üçün illik faiz dərəcəsi 11%-dən başlayan istehlak kreditləri üzrə kampaniyanın vaxtını uzatdı.

Kampaniya ərzində müştərilər 12 ayadək olan kreditləri illik 11%-lə və 0% komissiya ilə əldə edəcəklər.

Həmçinin, 24 ayadək olan kreditlər illik faiz dərəcəsi 14,5% həcmində olmaqla təklif edilir. Qeyd edək ki, iki ilədək olan müddətə rəsmiləşdirilən kreditlər üzrə komissiya 0,5%-dir. 36 və 48 ayadək olan müddətə verilən kreditlərin illik faiz dərəcəsi, müvafiq olaraq, 15,5%, 16,5% səviyyəsində müəyyən edilib.

Hər bir şəxsin, ortaaylıq rəsmi gəlirindən asılı olaraq, zaminlə və ya zaminsiz götürə biləcəyi kreditin maksimal məbləği 40 000 manatdır.

Kampaniya 2025-ci il 15 aprel daxil olmaqla, həmin tarixədək davam edəcəkdir.



 



 


 

Telegram kanalımıza abunə ol