“Azercell Co-Brand” kartı nədir və hansı üstünlükləri var? – İzah
 
                                “Azercell Co-Brand” kartları Azercell və Azərbaycan Beynəlxalq Bankının birgə həyata keçirdiyi kampaniya çərçivəsində Azercell abunəçilərinə təklif olunur. “Azercell Co-Brand” kartının hansı üstünlükləri var? Pulsuzdur - 4 illik xidmət müddəti olan kartı həm AZN, həm də USD və EUR valyutasında pulsuz əldə edəcəksiniz. Nağdsız əməliyyatlar üzrə Bonuslar -“Azercell Co-Brand” kartı ilə edilmiş nağdsız ödənişlər zamanı hər 1 AZN üçün 1 bal əldə edərək, toplanmış balları internet paketlərə və ya şəbəkədaxili danışıq dəqiqələrinə dəyişə bilərsiniz. Qalığa faiz illik 7% - Azercell Co-Brand kartlarında qalığa hesablanmış faiz məbləği bonus ekvivalentində kartın bonus balansına ayın sonunda köçürüləcəkdir (1 AZN=67 bonus). Nağdlaşdırma 0% - Ölkədaxili bütün ATM-lərdə nağdlaşdırma və bütün kartlara köçürmə pulsuzdur. Nağdlaşdırma və bütün kartlara köçürmə limiti birlikdə aylıq 7 000 AZN-dək pulsuzdur, 7 000 AZN-dən yuxarı isə 1% (min. 1 AZN və ya ekv.) komissiya tutulur. Kəşbək 20%-dək - “QayğıCash” proqramı üzrə Bankın tərəfdaşı olan ticarət və xidmət məkanlarında xərclədiyiniz vəsaitin 20%-ə qədər hissəsi kart hesabınıza qayıdacaq. Pulsuz SMS Xəbərdarlıq - SMS xəbərdarlıq xidmətinə pulsuz qoşulacaqsınız. Kart əməliyyatlarınız barədə məlumatlar mobil telefonunuza gələcək. Ballar necə hesablanır? Kart sahibləri nağdsız ödənişlər zamanı hər 1 AZN üçün 1 bal əldə edərək, onları şəbəkədaxili danışıq dəqiqələri və ya internet paketlərə dəyişə bilər. Toplanan balların miqdarını isə “Balans” açar sözünü 2937-ə göndərməklə və bankın mobil tətbiqindən öyrənə bilərsiniz. Balları danışıq dəqiqələri və ya internet paketinə dəyişmək istədikdə isə aşağıdakı cədvəldən seçiminizə uyğun açar sözünü 2937-ə göndərməlisiniz.
| Həcm | 25
  dəq | 50
  dəq | 125
  dəq | 250
  dəq | 1
  GB | 3
  GB | 7
  GB | 
| Açar
  söz | 25 | 50 | 125 | 250 | 1000 | 3000 | 7000 | 
Toplanmış ballara uyğun danışıq dəqiqələri və ya internet paketləri barədə isə aşağıdakı cədvəldə ətraflı göstərilib.
| Balların hesablanması (1 AZN = 1 Bal) | 
|  50 bal- 25 dəq | 
| 100 bal- 50 dəq və ya 1 GB internet | 
| 250 bal - 125 dəq | 
| 300 bal -3 GB internet | 
| 500 bal -250 dəq | 
| 600 bal -7 GB internet | 
İnternet paketlərdən istifadə qaydası: • İnternet paketlərin istifadə müddəti 30 gündür. • İnternet paketləri təkrarlanmayan paketlərdir. • Abunəçinin digər aylıq internet paketi mövcud olduğu təqdirdə üstünlük İBAR internet paketinə təqdim olunur və internet paket bitdikdən sonra əsas internet paketinə keçid baş tutacaq • Günlük, saatlıq, həftəsonu, gecə və həftəlik internet paketi olduqda üstünlük qısa müddətli internet paketlərinə verilir. • Nömrədə MNP ölkədaxili paketlər (7577, 7677) və IBAR bonusları olduqda olduqda üstünlük IBAR bonuslarına verilir. • Abunəçi qalıq balansı haqında məlumatı 2525 qısa nömrəsi vasitəsi ilə əldə edə bilər • Paketi ləğv etmək üçün abunəçi stop ay yazıb 2525 göndərməlidir. • 2 ABB internet paketi eyni zamanda istifadə edilməsi mümkün deyil. Danışıq paketlərindən istifadə qaydası: • Dəqiqələrdən istifadə müddəti 30 gündür. • Dəqiqələr abunəçilərə dərhal təqdim olunur və aktivasiya haqqında SMS daxil olur. • Abunəçinin digər danışıq dəqiqələri olduğu təqdirdə üstünlük ABB təqdim etdiyi dəqiqələrə təqdim olunur. • Fakturasız xətt abunəçiləri hər zəngin sonunda istifadə və qalıq barədə USSD alacaqlar. • Fakturasız xətt abunəçiləri 2112 vastəsi ilə qalıq məbləğ barədə məlumatı əldə edə bilərlər • Fakturalı xətt abunəçiləri 650 vasitəsi ilə balans haqqında məlumatı əldə edə bilərlər • Zənglər üçün hesablama intervalı 1 dəqiqədir. Qeyd edək ki, 30.12.2022 tarixinədək olan kampaniya çərçivəsində yalnız onlayn kanallardan sifariş olunan “Azercell Co-Brand” kartları pulsuz təqdim olunur.
 
                 
                                                     
                                                     
                                                     
                                                     
                                                    