Bank “BTB” audit olunmuş maliyyə göstəricilərini açıqladı
Bank xəbərləri
2 June 2022

Bank “BTB” ASC-nin 31 dekabr 2021-ci il tarixinə olan Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun hazırlanmış Konsolidə edilmiş Maliyyə Hesabatları və Müstəqil Auditorların rəyi açıqlanıb.
GƏLİRLƏRİ ARTIB
Banker.az xəbər verir ki, Bank “BTB”nin faiz gəlirləri 26 milyon 486 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 9% çoxdur. Bankın haqq və komissiya 2 milyon 336 min manat, faiz xərci 15 milyon 631 min manat, haqq və komissiya xərci 617 min manat təşkil edib.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
Bu ilin yanvar ayının 1-nə bankın aktivləri 356 milyon 781 min manat olub ki, bu da illik müqayisədə 4.1% artım deməkdir. Bunun 260 milyon 803 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 15.2% böyüyüb.
31 dekabr 2021-ci il tarixinə Bank “BTB”nin cəmi öhdəlikləri 306 milyon 470 min manat, cəmi kapitalı isə 50 milyon 311 min manat təşkil edib.
Bankların şikayət indeksi açıqlandı – SİYAHI 11 April 2025
Hansı bankın mobil POS-terminalı daha sərfəlidir? 9 April 2025
Bank of Baku-da robotlar xidmət göstərəcək 4 April 2025
Yelo Bank alış-veriş festivalı başlayır 4 April 2025
Bankların 6 aydan 36 ayadək ən sərfəli müddətli manat depoziti təklifləri – SİYAHI (2025, aprel) 4 April 2025
Unibank komissiyasız nağd kredit təklif edir 1 April 2025
XalqOnline tətbiqi daha əlçatan oldu 18 March 2025
Unibankda bu gün nağd kredit komissiyasızdır 18 March 2025
Bank BTB biznes sahiblərinə güzəştlər təklif edir 17 March 2025
Bank BTB “Bahar Fürsəti” təklif edir 14 March 2025
Leobank nağdlaşdırma tariflərini yeniləyir 13 March 2025