Gözləyin...

Bank Respublika sahibkarlara “Yaşıl Kredit” təklif edir

Bank məhsulları 19 February 2025

Bank Respublika-dan “Yaşıl Kredit” götürənlər 15%-dək keşbek qazanacaq!

Ölkəmizdə real sektorun inkişafına daim dəstək olan Bank Respublika innovativ yanaşmalarını davam etdirərək ilk dəfə olaraq sahibkarlar üçün “Yaşıl Kredit” məhsulunu təqdim edir. Kreditin maksimal müddəti – 5 il, maksimal məbləği – 3 milyon avro ekvivalentinə qədərdir (kreditlər manatla verilir). “Yaşıl Kredit” sahibkarlara bir çox unikal üstünlüklər təklif edir:

  •  15%-dək keşbek: Avropa İttifaqının dəstəyi ilə kreditin əsas məbləğinin bir hissəsi geri qaytarılır. Bu, həm sahibkarlar üçün maliyyə yükünü azaldır, həm də investisiyanı daha sərfəli edir;
  • Sadə və sürətli prosedur: Minimum sənəd tələbləri və sürətli icra ilə kreditlər qısa zamanda təsdiqlənir;
  • Enerji səmərəliliyi: Yeni texnologiyalar və avadanlıqlar sayəsində əməliyyat xərcləri əhəmiyyətli dərəcədə azalır;
  • Ekoloji fayda: Daha təmiz texnologiyalara keçid ətraf mühitin mühafizəsinə töhfə verir.

 “Yaşıl Kredit”dən faydalanmaq istəyən sahibkarlar üçün tələblər:

  • Kənd təsərrüfatı: Heyvandarlıq, quşçuluq, bağçılıq, əkinçilik kimi ənənəvi sahələrdə müasir texnologiyaların tətbiqi;
  • Qida istehsalı: Meyvə və tərəvəzin emalı və saxlanması, süd məhsulları, çay, qəhvə, pivə, şərab və çörək istehsalına yönəlmiş layihələr;
  • Sənaye sektorları: Pambıq, parça, kauçuk, plastik, şüşə, mebel və digər sənaye məhsullarının istehsalı.





 



 


 



 

Telegram kanalımıza abunə ol