Gözləyin...

Bankların 6 aydan 36 ayadək ən sərfəli müddətli manat depoziti təklifləri – SİYAHI (mart)

Bank xəbərləri 3 May 2024

Azərbaycanda bank məhsullarının bir platformada birlışdiyi Qarant.az 2024-c ilin may ayına banklar tərəfindən manatda təqdim edilən müddətli əmanətlərin faizlərini monitorinq edib.

Qısa müddət üçün ən sərfəli depozitlər Kapital Bank-dadır. Ölkənin ən iri banklarından biri müddətli depoziti 6 ay üçün illik əsasda 10% ilə qəbul edir.

Araşdırmasına əsasən, 12 aylıq əsasda ən sərfəli gəlirlilik təklif edilən müddətli depozitlər Bank BTB, Bank VTB, Yelo Bank və AccessBank-dadır. Bu dörd bank illik 10.5% illik 12 ay üçün gəlirlilik təklif edir.

Təqdim olunan siyahıda 6 aydan 36 ayadək olan bütün müddətli depozit məhsulları siyahıya daxil edilib.

Qeyd edək ki, 1 yanvar 2024-cü ildən iki halda vətəndaşlar gəlir vergisi ödəmir. Birincisi, əgər vətəndaşın əmanət üzrə milli valyutada hesablanan aylıq gəliri 200 manata qədərdirsə, o halda vəsait gəlir vergisindən tamamilə azad ediləcək. Əgər 200 manatdan çoxdursa, bu məbləğədək olan hissəsi gəlir vergisindən azad olunur.

Məsələn, əgər vətəndaş 10 faizlə 24 min manat əmanət yerləşdiribsə, bu halda onun illik gəliri 2400 manat, aylıq gəliri isə aylıq gəliri isə 200 manatdır. Yəni, bu o deməkdir ki, bu halda vətəndaşın əmanət gəliri tamamilə vergidən azad edilir. Amma əgər vətəndaş 10 faiz ilə 30 min manat əmanət yerləşdiribsə, bu halda onun illik gəliri 3 min manatdır və bu məbləğdən 2400 manat çıxılır, qalan hissə 10 faiz gəlir vergisinə cəlb edilir. Bu halda vətəndaşın ödədiyi cəmi vergi 60 manat olur.

Əmanətlərin sığortalanması haqqında qanuna əsasən, illik faiz dərəcəsi milli valyutada 12%-dən, xarici valyutada isə 2.5%-dən aşağı olduğu halda 100 min manat ekvivalentinə qədər olan hissəsi tam sığortalanır.

Bankların ad dəyişimi 26 April 2024