Gözləyin...

Bankların 8 Mart kampaniyaları

Məqalələr 6 March 2025

8 Mart "Beynəlxalq Qadınlar Günü" münasibətilə bəzi banklar müxtəlif kampaniyalar təşkil etməyə başlayıblar. 

Qarant.az bankların xanımları düşünərək hazırladıqları kampaniyaları sizlərə təqdim edir.

ABB-də  xanımlara özəl kampaniya çərçivəsində 5 mart – 4 aprel tarixləri aralığında ABB mobile tətbiqində “DigiHesab Max” hesabı açan xanımlar hesabdakı qalıq vəsaitə 30 gün ərzində illik 8% qazanc əldə edəcəklər. Həmçinin illik 6%-lik standart faiz qazancı ilə yanaşı, illik 2% ilə də əlavə keşbek hesablanacaq. İllik 2% keşbek hesab açıldıqdan sonra 30 təqvim günü ərzində və hər günün sonunda balansdakı qalıq vəsaitə əsasən hesablanacaq. Hesablanmış keşbek məbləği 30 gün tamamlandıqdan sonra 1 ay ərzində ödəniləcək.

                      

ABB  “Faydalı kəşbek” üzrə təqdim etdiyi “Romantik” kateqoriyasında mart ayının 9-dək  Gül mağazaları, ParfümeriyaAksesuarlara8% kəşbek təklif edir. 9 martdan etibarən bu kateqoriyalar üzrə kəşbek faizi 4% təşkil edəcək. 

Həmçinin ABB 7-9 Mart tarixlərində AZAL Miles kartları ilə  gül dükanları, kafe-restoranlar, kinoteatr, parfümeriya, aksesuar və elektronika mağazalarında ödəniş edərək 2 qat mil qazanmaq şansı təklif edir.


Bank of baku -da xanımlar 6-7-8 mart tarixlərində 50.000 AZN-dək nağd pul kreditini komissiyasız əldə edə bilərlər. Qeyd edək ki, Bank of bakuda nağd krediti illik 9.9%-dən başlayan illik faiz dərəcəsilə , 59 ayadək müddətdə əldəedə bilərsiniz.

 

 

XalqBank Qadınlar Günü münasibətilə xanımlara 1 illik Visa Platinum kartını pulsuz təqdim edir. Visa Platinum kartı vasitəsilə dünyanın istənilən nöqtəsində müxtəlif xidmətlərdən yararlanmaq, o cümlədən vəsait nağdlaşdırmaq, onlayn alış-veriş etmək və Apple Pay/Google Pay xidməti ilə ödənişlər aparmaq mümkündür. Kartı https://cardorder.xalqbank.az/  səhifəsinə keçid edərək xb8mart promokodu ilə onlayn sifariş etmək mümkündür.  Kampaniyaya ayrılmış kart  sayı  məhduddur. Bakı ərazisində çatdırılma pulsuzdur.

 

Birbank Biznes Qadınlar Günü ərəfəsində qadın sahibkarları dəstəkləmək məqsədilə xüsusi təşəbbüs həyata keçirir. 6-7 mart 2025-ci il tarixlərində, saat 11:00-19:00 aralığında Passage-1901 ünvanında baş tutacaq. Hər İşdə Birinci Qadınlar” yarmarkası qadın sahibkarların öz məhsul və xidmətlərini geniş auditoriyaya təqdim etməsi, satış imkanlarını artırması, eləcə də yeni müştəri və tərəfdaşlarla əlaqə qurması üçün unikal platforma rolunu oynayacaq. Yarmarka çərçivəsində hər iki gün aktual mövzularda panel müzakirələr də baş tutacaq. Panel sessiyaları qadın sahibkarlığının inkişafı, dövlət və özəl sektor əməkdaşlıqları, eləcə də uğura gedən yolda xanımların motivasiyasına həsr olunacaq. 

Unibank kampaniya çərçivəsində müxtəlif peşələrdə çalışan xanımlara nağd pul kreditinin illik faiz dərəcəsini 8%-ə endirib.  6 və 7 Mart tarixlərində keçirilən kampaniya müddətində xanımlar 50 000 manatadək krediti illik cəmi 8%-dən başlayaraq, 60 aya qədər müddətə əldə edə biləcəklər.

Rabitəbank-da kampaniya  partnyor mağazaları əhatə edirBelə kipartnyorlardan Kartmane kartı ilə edəcəyiniz alış-verişlərdə 10% keşbek təklif edilir. Partnyor mağazalar: Aqat Silver Təbii Daşlar (7 və 8 mart), Zanbagh Flower Boutique (7 və 8 mart), Art Style Coffee & Restaurant (8 mart), Gilabi Ceramics (7 və 8 mart), Tanin Wine and Coffee (8 mart), Magic Cafe (8 mart). 




 

Yelobank  mart ayı üçün təqdim olunan Gül mağazaları, Gözəllik və Parfümeriya kateqoriyalarına 8% kəşbek təqdim edir.

 


 

 

Telegram kanalımıza abunə ol