Gözləyin...

Bankların ad dəyişimi

Məqalələr 26 April 2024

 Kapital Bank. 2000-ci ilin 21 fevral tarixində Azərbaycan Aqrar-Sənaye Bankının və Azərbaycan Sənaye-İnvestisiya Bankının və Əmanət Bankının  birləşdirilməsi nəticəsində Azərbaycan Birləşmiş Universal Səhmdar Bankı (BUSBank) yaradılıb. 29 dekabr 2004-cü il tarixində Kapital Bank adının verilməsi qərara alınıb.

Bank of Baku.   1994-cü il 14 fevral tarixində "Tuqay" kommersiya bankı kimi yaradılmışdır. 1997-ci il 10 fevral tarixindən isə bankın adı dəyişdirilib və "Bank of Baku" kimi adlandırılıb.

1994-cü ildən “Ülpər" kommersiya bankı kimi fəaliyyət göstərən Yelobank 2002-ci ildə rebrending edərək "Nikoil Bank" adlandırılıb. 2019-cu ildən isə   indiyə kimi Yelobank adına rebrendinq edilib. 

AccessBank.  Oktyabrın 29-da Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW and LFS Financial Systems tərəfindən Azərbaycan Mikromaliyyələşdirmə Bankı qismində təsis olunub.  8 sentyabr 2008-ci il tarixində adını "AccessBank" olaraq dəyişdirib.

ASB Bank. 1996-cı ildə "Capital Investment Bank" (CI Bank) olaraq yaradılıb və 2006-ci ildən hazırkı adı ilə fəaliyyət göstərir.

Premium Bank. 1994–cü ildən "Azal Səhmdar Kommersiya Bankı" adı ilə fəaliyyətə başlamışdır. 2008-ci ildən "Bank Silk Vey", ən son isə 2018-ci ildə "Premium Bank" olaraq rebrendinq edib. 

 Expressbank. 21 iyun 1989-cu ildə yaradılmışdır. “Azərnəqliyyatbank” adı altında fəaliyyət göstərib. 1 fevral 2010-cu il tarixli qərar ilə "Azərnəqliyyatbank"ın adı dəyişdirilərək "Expressbank" adlandırılıb.

Yapı Kredi Bank Azərbaycan. 11 yanvar 2000-ci il tarixində yaradılıb. "Koçbank Azərbaycan LTD" adı ilə fəaliyyətə başlayıb. "Koçbank Azərbaycan LTD" 2007-ci ilin əvvəlindən etibarən fəaliyyətini "Yapı Kredi Bank Azərbaycan" adı ilə davam etdirir. 

 

Bankların ad dəyişimi 26 April 2024