Gözləyin...

Bankların güzəşt müddətli kredit kartları - Araşdırma

Məqalələr 23 April 2024

Güzəşt müddəti nağdsız, birdəfəlik və faiz hesablanmayan ödənişlərdir. Məbləğ vaxtında ödənilmədikdə bu borc gecikməyə düşmür, amma faiz hesablanan borca keçir.

Güzəşt müddəti borcalana ödənişi vaxtından qısa müddətə gecikdirməyə imkan verir.  Əksər hallarda  yalnız nağdsız ödənişlərə şamil edilir. – yəni məhsul və xidmətlərin haqqının ticarət məntəqələrində və iaşə obyektlərində mövcud olan pos terminal vasitəsi ilə ödənilməsi, həmçinin internet vasitəsi ilə edilən ödənişlər. Amma bir neçə bankda güzəşt müddəti həm də nağd çıxarılışlara da aid edilir.

Grace Period-un  müddəti müəyyən gün sayı ilə ifadə olunur. Azərbaycan  banklarında bu müddət 30 gündən başlayaraq 100 günədək dəyişir. Adətən bir ay ərzində istifadə olunan vəsaitə görə ödənişlər növbəti ayın 1-dən 10-ə qədər olan vaxt ərzində həyata keçirilir. 

Banker.az  Güzəşt müddətli kredit  kartlarını araşdırıb araşdırıb. Qeyd edək ki, araşdırma yalnız bankların sadə debet kartlarını əhatə edir. 

 

ABBTAMKART.

Müddəti- 5 il

Qiyməti – Pulsuz

Məbləğ – 300-30 000 AZN

Güzəşt müddəti –  63 günədək 

Faiz - 24%

AccessBankOK kart

Müddəti- 3 il

Qiyməti – Pulsuz

Məbləğ – 30 000 AZN-dək

Güzəşt müddəti –  30  günədək 

Faiz - Faiz yoxdur və siz kredit məbləğinizi öz gəlirlərinizə uyğun idarə edirsiniz. siz xərclədiyiniz məbləğə görə yalnız komissiya ödəyəcəksiniz kİ, bu komissiya məbləği yalnız xərcinizə görə dəyişəcək.

Bank of Baku – Bolkart kredit 

Müddəti- 3 il

Qiyməti – Pulsuz

Məbləğ – 500 - 15000 AZN

Güzəşt müddəti –  60  günədək 

Faiz- 25%

Bank Respublika – Neokart 

Müddəti- 1, 2, 3 il

Qiyməti – 10, 15, 20 AZN

Məbləğ – 200 - 15 000 AZN

Güzəşt müddəti –  45  günədək 

Faiz- 24%

Kapital BankBirbank Cashback 

Müddəti- 3 il

Qiyməti –pulsuz 

Məbləğ – 15 000 AZN-dək

Güzəşt müddəti –  63  günədək 

Faiz- 25%

Rabitəbank – Kartmane kredit

Müddəti-5  il

Qiyməti – 10 AZN

Məbləğ – 200 - 15 000 AZN

Güzəşt müddəti –  100 günədək 

Faiz- 25%

Yelobank – Yelo kredit/taksit kartı

Müddəti-5  il

Qiyməti – pulsuz

Məbləğ – 300-10 000 AZN

Güzəşt müddəti –  70günədək 

Faiz-25%

 

Bankların ad dəyişimi 26 April 2024