Gözləyin...

Bankların kobrend kartları - Araşdırma

Məqalələr 8 April 2024

Kobrend kartlar banklar tərəfindən öz partnyor şirkətləri ilə birgə buraxılan kartlardır. 
 Banker.az  bankların  təklif etdiyi kobrend kartları araşdırıb.
  Kapital Bank - “Birbank Umico”  
Kapital Bank və Umiconun birgə təqdim etdiyi, gündəlik alış-verişlərdən keşbek qazandıran unikal debet kartdır. Kart 3 il müddətinə təqdim olunur.  İlk sifariş pulsuzdur. Əgər artıq iki Birbank Umico kartını pulsuz sifariş etmisinizsə, bu halda yenisini taksit kartı kimi pulsuz, eyni valyutalı debet kartı kimi isə 10 AZN ödənişlə əldə edə bilərsiniz. 

“Bakcell” debet kartı yalnız Bakcell  nömrəsi olan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub və tamamilə ödənişsizdir. Kart onlayn ödənişlər, digər "Bakcell Debet" kartı istifadəçilərinə köçürmələr, müxtəlif ödənişlər və mobil nömrənin balansını artırmaq üçün fiziki və rəqəmsal kartdır.  Kartın etibarlılıq müddəti (illər) – 3 ildir. 

Paşa Bank - “akart”.  
 “akart" rəqəmsal kartdır. Yalnız Azercell nömrəsi olan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub və tamamilə ödənişsizdir. 3 il müddətinə verilir. İstifadə müddəti bitdikdən sonra kartın balansında mövcud olan məbləğ saxlanılır və yeni kart aktivləşdirilən zaman avtomatik olaraq balansa köçürülür. 

Bank Respublika – “Wolt Kart”
 Visa Wolt kart məhsulu ödənişsiz əsasda təqdim edilir. Müddəti 3 ildir. Onlayn sifariş zamanı Bakı şəhərində pulsuz kuryer ilə çatdırılma imkanı təqdim olunur. Həmçinin, Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən filiallarda təhvil alınmaqla onlayn sifariş yerləşdirmək mümkündür. Wolt kart sahibləri Wolt tətbiqində:  Wolt-credit kimi 5 % cashback (Restoranlarda olan sifariş) əldə edəcəklər ki, bu da sonrakı sifarişlərdə endirim kimi istifadə oluna bilər. Kredit kimi 5 % cashback mədaxil mənasını daşıyır. Wolt tətbiqində Wolt kartı ilə ödəniş aparılarsa, 5% cashback karta köçürülür, lakin bu cashback məbləği növbəti sifarişlərdə endirim kimi istifadə olunur.

Rabitəbank – “Kartmane”

Şəxsi vəsaitlərin istifadəsi üçün nəzərdə tutulmuş kart növüdür. Kartmane debet kartı 3 valyutada olmaqla (AZN/USD/EUR) 5 il müddətinə təqdim olunur. Vəsait qalığına hesablanan faiz dərəcəsi debet kartın növünə görə illik 4-6% -dir. Faiz hesablanan minimal məbləğ 100 AZN, maksimum məbləğ isə standard kart üzrə 10 000 AZN, premium kart üzrə 100 00 AZN-dir.

Bankların ad dəyişimi 26 April 2024