Bankların nağdlaşdırma komissiyaları - Siyahı

Banker.az bankların ən çox istifadə olunan debet kartlarından nağdlaşdırma zamanı tətbiq etdikləri komissiyalar üzrə sıralamasını təqdim edir.
ABB - TamKart debet kartlarında ABB-yə məxsus ATM-dən nağdlaşdırma zamanı 7 000 AZN-ə kimi nağdlaşdırma və köçürmə zamanı komissiya haqqı mövcud deyil. 7 000 AZN-dən çox olduqda 1% (min.1 AZN) komissiya tutulur.
Azər Türk Bank – ATB Card ilə ölkədaxili bütün bankların ATM-lərində ay ərzində 1000 AZN-dək - 0%, 1000 AZN-dən yuxarı hissəsinə - 1.5% komissiya hesablanır.
Bank of Baku – Bolkart debet kartları ilə Bank of Bakunun ATM-lərində nağdlaşdırma zamanı 0%, ölkədaxili digər bankların ATM-lərində isə 1.5% (min.1.5 AZN) komissiya tutulur. Gündəlik məxaric limiti var, 15000 AZN təşkil edir.
Bank Respublika -Neokart ilə bankın ATM şəbəkəsində kartdan nağdlaşdırma zamanı 10 000 AZN-ə qədər komissiya 0% , limiti aşdıqda bankın öz ATM-də nağdlaşdırma üzrə komissiya-haqqı 1% (min.0.50 AZN), ölkədaxili digər ATM-lərdə 1.5% (min.3 AZN) komissiya tutulur. Ay ərzində ölkədaxili istənilən banka məxsus bankomatda 5 dəfə pulsuz nağdlaşdırma imkanı mövcuddur. 1 əməliyyat üzrə maksimal nağdlaşdırıla biləcək məbləğ 1000 AZN təşkil edir.
Kapital Bank - Birbank Cashback debet kartı ilə ay ərzində ölkədaxili istənilən bankın ATM-lərində 5000 AZN-ə qədər limit çərçivəsində nağdlaşdırma pulsuz, limiti aşdıqda - 0.5% (min.1 AZN) komissiya tutulur.
Leobank -Unibank bankomatlarında şəxsi vəsaitlər üçün ay ərzində 2000 manatdan çox olduqda 0.5% komissiya tutulur.
Rabitəbank - Kartmane kartları üzrə ATM nağlaşdırma qaydaları: Ölkə daxili istənilən ATM-lərdən nağdlaşdırma ayda cəmi 1000 AZN-dək pulsuz, limiti aşdıqda Rabitəbank ATM-lərində 0.9%, min.1 AZN, ölkənin digər ATM-lərində 0.9%, min.1 AZN komissiya tutulur.Ölkədaxili ATM-dən nağdlaşdırma əməliyyatlarının aparılması üzrə limit: 24 saat ərazində 100 əməliyyat minimal 1000 AZN, maksimal məbləğ 10000 AZN təşkil edir.
Yelo Bank – Yelo Light kartları ilə Yelo Bankın və Azərpoçt MMC-yə məxsus ATM-lərdən nağdlaşdırma zamanı 3000 AZN-dək xidmət haqqı 0% təşkil edir, 3000 AZN-dən yuxarı 1% (min. 1 AZN), Azəricard şəbəkəsinə daxil olan bankların ATM-dən nağdlaşdırma zamanı 1.5% (min.2 AZN), Azəricard şəbəkəsinə daxil olmayan bankların ATM-dən 2% (min.3 AZN) xidmət haqqı tutulur. Ay ərzində 50000 AZN nağdlaşdıra bilərsiniz.
