Bankların SMS xəbərdarlıq xidmətlərinin qiymətləri -Siyahı

SMS banking mobil bankçılıq formasıdır. Bu, bəzi banklar və ya digər maliyyə institutları tərəfindən SMS mesajlaşmadan istifadə edərək müştərilərin mobil telefonlarına mesajlar (həmçinin bildirişlər və ya xəbərdarlıqlar) göndərmək üçün istifadə edilən vasitə və ya müştərilərə SMS vasitəsilə bəzi maliyyə əməliyyatlarını həyata keçirməyə imkan verən xidmətdir.
Xidmət bir neçə yolla aktivləşdirilə bilər : bankın qaynar xəttinə zəng etməklə, bankomat vasitəsilə və bankın filialına yaxınlaşmaqla. Bəzi banklarda bunu aktivləşdirmək üçün xidmət haqqı ödəməlisiniz. Bəzi hallarda, banklar bu bildirişləri müştərinin müraciəti olmadan, kartı əldə etdiyi andan etibarən aktivləşdirir. Adətən, əməkhaqqı kartlarında bu funksiyanı bank özü əvvəlcədən aktiv edir və ya bu növ kartlar üçün heç bir xidmət haqqı tutmur.
Banker.az bankların SMS məlumatlandırma xidmətinin tariflərini araşdırıb.
*ABB Tamkart debet kartları üçün SMS bildiriş xidməti pulsuzdur.
*Yelo Premium debet kartlarında SMS bildiriş xidməti pulsuzdur.
*Bank of Bakuda xidmət haqqı birdəfəlik ödənilir və kartın müddəti bitənədək qüvvədədir.
*Naxçıvan Bankda xidmət haqqı bir illik ödənilir.
* Yapı Kredi Bank Worldcardda iki növ sms xəbərdarlıq mövcuddur. Worldcarddan mədaxil yaxud məxaric etdiyiniz zaman göndərilən sms xəbərdarlıq aylıq 1 AZN təşkil edir. Aylıq borc hesab bildirişi haqqında sms xəbərdarlıq isə 0.50AZN təşkil edir. Pulkartın sms xəbərdarlıq xidməti 6 aylıq 5 AZN, 12 aylıq isə 10 AZN tətbiq olunur. xidməti 6 aylıq 5 AZN, 12 aylıq isə 10 AZN tətbiq olunur.
* Bank Respublikada Neokart debet kartları üçün xidmət haqqı pulsuz, digər debet kartlar üçün isə 0.99 AZN təşkil edir.