Gözləyin...

Bankların yaz kampaniyaları

Məqalələr 14 March 2024

Banker.az Azərbaycan banklarının təqdim etdiyi “Yaz kampaniyaları”nı təqdim edir.

ABB-də hazırda iki kampaniya mövcuddur: 

1.“Kredit Baharı” nağd kredit kampaniyası çərçivəsində müştərilər ABB-dən kredit alarkən illik faiz dərəcəsində 5%-dək güzəşt əldə edə biləcəklər. Belə ki, digər banklardakı aktiv kreditini bağlayaraq krediti ABB-dən əldə edən müştərilər kreditin faiz dərəcəsinə 4%-dək güzəşt əldə edəcəklər. ABB - dən ilk dəfə kredit alan, yaxud son 90 gün ərzində ABB-də aktiv və bağlı krediti olmayan müştərilərə isə illik faiz dərəcəsində əlavə 1% də güzəşt ediləcək. Beləliklə, rəsmi gəliri olan, əmək haqqını istənilən bankın kartı ilə alan müştərilər bu bahar fürsətdən yararlanaraq 5%-dək güzəşt əldə etmək imkanına sahib olacaqlar. Kreditin məbləği- 40 000 AZN-dək, Müddəti – 5 ilədək   Faiz- 10.9%-dən başlayaraq, Komissiya – 0%, Sığorta- 0%, Zaminsiz. Kampaniya 30 aprel 2024-cü il tarixinə qədər davam edəcək.

2. "TamKart" taksit kartı vasitəsilə 50 AZN-dən yuxarı ödəniş edərək 5 AZN keşbek əldə etmək fürsətinə sahib olacaqsınız Kampaniya yalnız yeni TamKart taksit kartı sahibləri üçün keçərlidir. Keşbek məbləği ödənişinizi etdikdən sonra dərhal hesabınıza əlavə ediləcək. Kampaniyadan 3 dəfə yararlanaraq, 15 AZN qazana bilərsiniz.

 

Access Bank- da “Gəlirli bahar gəlir” əmanət kampaniyası çəçivəsində müddətli 6-12 ay müddətinə yerli valyutalı əmanətlər üzrə illik faiz gəliri 11%, xarici valyuta üzrə əmanətlər üzrə isə 4% təşkil edir. Faiz gəlirləri əmanətin müddətindən asılı olaraq dəyişir.

Kampaniya 01.05.2024-cü il tarixinədək qüvvədədir.

 

AFB Bank -ın nağd kredit kampaniyasına  görə 50 000 AZN-dək nağd pul kreditini  11.15%-dən başlayan illik faiz dərəcəsi ilə və komissiyasız əldə edə bilərsiniz. Kreditin maksimal müddəti 59 ayadəkdir. Zamin  tələb olunmur.

 

Azər Türk Bank nağd kreditlər üzrə yeni kampaniya başladıb. Kampaniya müddətində fiziki şəxslərə illik faiz dərəcəsi 11%-dən başlayan kreditlər təklif edilir.Kreditin məbləği maksimim 40000 manatadəkdir.Müddəti 3-48 aydır.  24 ayadək götürülən kreditlər üzrə heç bir komissiya nəzərdə tutulmayıb.

Kampaniya 30 mart tarixinədək davam edəcək.

 

Bank BTB rəsmi iş yeri olmayan və təcili pula ehtiyacı olan şəxslərə Lombard krediti üzrə sərfəli şərtlərlə kampaniya təklif edir.

Belə ki, Bank BTB-yə müraciət edən hər bir vətəndaş qızıl və qızıl zinət əşyalarını girov qoymaqla 50 000 manatadək pul vəsaitini illik 17%-dən 12 ay müddətinə əldə edə bilər. Kampaniya yeni və təkrar müştərilərə şamil edilir. Bununla yanaşı, Bank BTB kampaniyadan yararlanmaq istəyənlər üçün qiymətləndirmə xərcini 0 AZN təyin edib. Bu da o deməkdir ki, qızıl zinət əşyalarının qiymətləndirilməsi üzrə heç bir xərc tələb olunmur.

Bank of Baku -dan kredit əldə edən müştərilər 5 000 AZN kredit üçün ayda 147 yox, min. 125 AZN, 8 000 AZN kredit üçün ayda 235 yox, min. 199 AZN, 10 000 AZN kredit üçün isə ayda 300 yox, min. 250 AZN ödəmək imkanı əldə edə bilərlər.

Bank Respublika-da hazırda iki kampaniya mövcuddur.

1. "İki sıfır - sənin xeyrinə" adlı nağd kredit kampaniyası çərçivəsində  siz nağd kreditləri 0 komissiya və 0 zaminlə götürə bilər, 2 dəfə qazanmış olacaqsınız.

Həmçinin, banka müraciət edən istənilən peşə sahibləri kampaniya çərçivəsində nağd kreditləri illik min. 10%-lə və daha sərfəli şərtlərlə əldə etmək imkanı qazanacaq:

  • Kreditin məbləği –maksimum 50.000 AZN
  • Müddət – 48 ayadək
  • Güzəşt müddəti – 3 ay
  • Sığorta xərci – yoxdur

Kampaniya - 30 aprel 2024-cü il tarixinədək davam edəcək.

2. Digər kampaniya ilə bank kiçik biznes sahibləri üçün növbəti yenilik edib. Belə ki, yeniliyə əsasən ölkəmizdə ilk dəfə olaraq Bankdan mikro və aqro kredit götürən sahibkarlar keşbek qazanmaq imkanı əldə edəcək.

"Keşbekli Mikro Kredit" kampaniyası çərçivəsində Bankdan kredit götürən müştərilər, müddətin ilk 3 ayında Bankdan aylıq faiz ödənişi məbləğinin 2%-dək keşbək qazanacaqlar. Bunun üçün müştərilərin kredit ödənişlərini qrafikə uyğun olaraq gecikmədən həyata keçirmələri kifayətdir.Kredit məbləği- 50.000 manatadək, Faiz-  min. 10%, müddət - 48 ayadək təşkil edir.

Kampaniya 1 aprel 2024-cü il tarixinədək davam edəcək.

VTB Bankda hazırda 2 kampaniya mövcuddur. 1. Biznes krediti əldə etmək istəyən müştərilər - mikro, kiçik və orta biznes sahibləri biznes kreditini 0% komissiya ilə əldə edə bilərlər.

  • Komissiya – 0%
  • İllik faiz – KOB üçün 12%-dən,
  • Mikro kreditdə 17%-dən

Kampaniya müddəti məhduddur.

2. Nağd pul kampaniyası çərçivəsində müştərilər VTB-yə müraciət edib, internet bankda rəsmiləşdirilən kreditə 1%-dək endirim əldə edə bilərlər. 

Digər şərtlər:

  • sənədlərin SİMA İmza ilə təsdiqlənməsi
  • maksimal məbləğ 50 000 AZN
  • zaminsiz və komissiyasız
  •  

Expressbank başqa bankda krediti olanlara komissiyasız kredit təklif edir. Yəni, müştərilər digər bankda olan kreditini "Expressbank"a gətirə, krediti heç bir komissiya olmadan əldə edə bilərlər.

  • İllik faiz: 10.9%-dən
  • Komissiya: 0-4%
  • Yaş: 20-65 (kreditin bitmə tarixinədək)

Rabitəbank nağd pul krediti üzrə "Bahar kampaniyası" təklif edir. Kampaniyada müştəri seqmentlərinə uyğun olaraq xüsusi güzəştlər təqdim olunur. Belə ki, başqa bankın kreditini Rabitəbank-a transfer edənlər üçün 0% komissiya nəzərdə tutulur.

  • İllik faiz dərəcəsi: 11.5%-dən
  • Məbləğ: 30 000 AZN-dək
  • Kreditin müddəti: 48 ayadək

Kampaniya 30 aprelədək davam edəcək.

2. Bankda davam edən digər kampaniya çərçivəsində dollar əmanətiniz həm etibarlı, həm də daha qazanclı olacaq. Belə ki, dollar valyutası ilə yerləşdirəcəyiniz əmanətiniz illik 3.8%-dək əlavə gəlir qazandıracaq.

Kampaniya aprelin 1-dək davam edəcək.

Yelobank müştərilərinə 50 000 AZN-dək istehlak kreditini cəmi 9.5% ilə əldə etmək imkanı yaradıb. Kampaniyadan 29 marta qədər faydalana bilərsiniz.

XalqBank Novruza özəl  keçirilən kampaniya çərçivəsində  XalqKart müştərilərinə restoran, geyim və aksesuar, şirniyyat mağazalarında, hotellərdə və aviabilet alışlarında ödənişlər zamanı , əlavə 7% keşbek qazanmaq imkanı təklif edir. Beləliklə, bayram günlərində XalqKart Petrol ilə 10%, XalqKart Cashback ilə isə 9% keşbek qazana bilərsiniz.

Kampaniya 26 martadək davam edcəcək.

 

 

Telegram kanalımıza abunə ol