Bankların "Yeni il" kampaniyaları - Kredit

2023-cü ilin son ayında bir çox banklar 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə kampaniyalara start veriblər.
Banker.az belə kampaniyalar elan edən bankları araşdırıb və sizə təqdim edir.
ABB - Yeni ilə özəl “Xoş-beş” nağd kredit kampaniyası çərçivəsində müştərilər ABB-dən nağd kredit alarkən illik faiz dərəcəsində müxtəlif güzəştlər qazanacaqlar. Belə ki, ABB - dən ilk dəfə kredit alan, yaxud son 90 gün ərzində ABB-də aktiv və bağlı krediti olmayan müştərilərə illik faiz dərəcəsində 3% güzəşt ediləcək. Digər banklardakı aktiv kreditini bağlayan müştərilər isə əlavə 2%-dək güzəşt əldə edəcəklər. Beləliklə, rəsmi gəliri olan, əmək haqqını istənilən bankın kartı ilə alan müştərilər bu gözəl fürsətdən yararlanaraq 5%-dək güzəşt əldə etmək imkanına sahib olacaqlar. Kreditin şərtləri: Məbləğ - 40 000 manatadək, Müddət - 60 ayadək, Komissiya - 0%, Sığorta haqqı - 0%, İllik faiz dərəcəsi – 10.9%-dən başlayaraq. Kampaniya 15 yanvar 2024-cü ilədək qüvvədədir.
AccessBank - Kampaniya çərçivəsində nağd kredit əldə edən müştərilərə kreditin məbləğindən və faiz dərəcəsindən asılı olaraq 3% endirim təqdim olunur.Güzəştlər, nağd kredit üzrə faiz dərəcəsi minimal illik 10%-dən aşağı olmamaq şərti ilə, kreditin məbləği 40.000 AZN-dək və 48 ay müddətinədək təklif edilən istehlak kreditlərinə şamil olunur. Nağd kredit üzrə minimal illik faiz dərəcəsi 10%, maksimal isə 21% təşkil edir. Kampaniya 31 dekabr 2023 -cü il tarixinədək qüvvədədir.
Access Bank həmçinin sahibkarların biznes plan üzrə hədəflərinə çatmasına dəstək məqsədilə, növbəti il üçün güzəştli "İndi al, 2 ay sonra ödə" kampaniyasını təqdim edib.
Kampaniyanın şərtlərinə uyğun olaraq, yeni kiçik biznes sahibləri, eləcə də, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar, krediti indi alıb, növbəti ilin iki ayı üzrə faiz ödənişlərindən azad olunurlar. Kampaniya 20 dekabr 2023-cü il tarixindən 15 yanvar 2024-cü il tarixinədək qüvvədədir.
AFB Bank-ın nağd pul krediti üzrə "Mövsümün təklifi" adlı kampaniyası 31.12.2023-ci il tarixinədək qüvvədədir. AFB Bank-dan ilk dəfə nağd pul krediti alan müştərilər üçün komissiya 0% təşkil edəcək. Bununla yanaşı, rəsmi əmək haqqı və ya təqaüd alan hər kəs kreditlə bağlı xüsusi üstünlüklər qazanacaq. Kreditin illik faiz dərəcəsi 11.99%-dən, müddəti 3-48 ay, məbləği isə 30 000 manatadəkdir.
Bank of Baku - 50.000 AZN-dək nağd pul kreditini 0% komissiya ilə təklif edir. Kreditin illik faiz dərəcəsi 11.5%-dən başlayır. Kreditin müddəti 3-59 aydır. Kampaniya 31.12.2023 tarixinədək davam edəcək. bit.ly/3GI2b6i
Bank Respublika - “İkiqat Dəstək” adlı kredit kampaniyası ilə mikro kredit götürən iş adamları faiz dərəcəsində min. 20% endirim, komissiyada min. 24% endirim əldə etmək imkanı qazanacaq.Kreditin maksimal məbləği - 50.000 AZN-dək, müddəti - 48 ayadək, illik faiz dərəcəsi isə, min. 10% təşkil edir. Kampaniyanın digər özəllikləri:
Zaminsiz və tranşla kredit götürmək imkanı;
Təminatdan asılı olaraq kreditin komissiyasız təqdim edilməsi imkanı;
Kredit xətti açılması imkanı;
12 ayadək güzəşt müddəti;
Sərbəst ödəniş qrafiki;
Sığorta tələbi və qiymətləndirmə xərci yox. https://bit.ly/3uMLcNs. Kampaniya 1 fevral 2024-cü il tarixinədək davam edəcək.
Expressbank - nağd kredit üzrə illik minimum faizlərinə 2%-dək endirim edib. Yeni kampaniya çərçivəsində kredit faizlərini 11.5%-dən 9.5%-dək azaldıb.
70 000 AZN-dək nağd krediti indi alıb, əsas məbləğ üzrə ödənişə 2 ay sonra başlaya bilərsən.Belə ki, kampaniya çərçivəsində Expressbank:
· İllik faizi min. 9.5%-ə endirib;
· Kredit məbləğini 70 000 AZN-dək artırıb;
· Əsas məbləğ üzrə kredit ödənişinə 2 ay güzəşt tətbiq edib
Bununla da müştərilər, bir illik min. 9,5% ilə hər 1000 AZN kredit məbləğinə cəmi 53 AZN-dən başlayan kredit faizi ödəyəcəklər.
Expressbank - Kampaniya çərçivəsində Bankda 70 000 AZN-dək krediti illik min. 9.5%-lə əldə də bilərsiniz. Komissiya 0-3,5% aralığındadır, kreditin müddəti isə 59 ayadəkdir. Üstəlik, krediti indi alıb əsas məbləğ üzrə ödənişə 2 ay sonra başlaya bilərsiz.
Təklif 15.01.2024-cü il tarixinədək qüvvədədir.
Kapital Bank - 2023-cü ilin 30 dekabr tarixinədək davam edəcək kampaniya çərçivəsində nağd kredit əldə edən hər 100-cü müştəriyə kredit ödənişi üçün 100₼ məbləğ hədiyyə ediləcək.
Kampaniyadan yararlanmaq üçün həm onlayn müraciət edə, həm də sizə ən yaxın filiala yaxınlaşa bilərsiniz. Üstəlik onlayn əldə edilən kreditlərə 2%-dək endirim imkanı təqdim olunacaq. Qeyd edək ki, kampaniyadan yalnız bir dəfə yararlanmaq mümkündür. https://www.kapitalbank.az/kampaniyalar/her-100cu-musteriye-100-manat-hediyye-kv
Rabitəbank - “Yeni il” kampaniyası təklif edir. Kampaniyada illik faiz dərəcəsi 11.5%-dən başlayır, kreditin məbləği 30 000 AZN-dək, müddəti isə 48 ayadəkdir. “Yeni il” kampaniyasında xalis gəlirlə yanaşı, müştəri seqmentlərinə uyğun olaraq xüsusi faizlər təqdim olunur. Təhsil və səhiyyə işçiləri üçün xüsusi güzəştlər nəzərdə tutulur. Kredit götürənlər üçün sığorta tələbi yoxdur. Kampaniyadan 31 yanvar 2024-cü ilə qədər yararlanmaq mümkündür.
VTB- kredit üçün onlayn müraciət etməklə, bankdan gələn linki istədiyin qədər sayda dostlarına göndər, pul bonusu qazan.
Kredit şərtləri:
minimal faiz 10,99 %-dən
zaminsiz, komissiyası
onlayn sifariş və çatdırılma
maksimal məbləğ 40 000 AZN
ətraflı: https://t.ly/tLIOW
Yapı Kredi Bankda Azərbaycandan ilk dəfə kredit sifariş edən müştərilərə 3% endirim tətbiq olunacaq. Üstəlik kredit üzərində təqdim olunan Worldcardı il sonunadək 1 illik xidmət haqqı pulsuzdur. Ətraflı məlumat: https://cutt.ly/endirim
Yelobank - 50 000 AZN-dək nağd pul kreditini illik cəmi 9.9% ilə 59 ay müddətinədək təklif edir. Komissiya isə cəmi 0.5% təşkil edir. Təklif 30 dekabr 2023-cü ilədək keçərlidir. Faydalanmaq üçün həm onlayn müraciət edə, həm də sənə ən yaxın Yelo Bank filialına yaxınlaşa bilərsiniz. Onlayn sifariş üçün: bit.ly/onlnkrdt