Gözləyin...

Başqasına səhvən pul göndərən zaman nə etməli?

Məqalələr 29 April 2024

Bəzən başqasının kartına səhvən pul göndərərkən kart nömrəsində səhv edə bilərik. Kiçik məbləğlərdə insanlar yenə də pulun geri qaytarılması üçün bankla əlaqə saxlamır.Lakin məbləğ çox olarsa, bu vətəndaşları narahat edə bilər. Belə bir halda nə etməliyik? Bu pulun geri qaytarılması mümkündürmü?

Səhvən başqasına pul göndəriləndə ilk növbədə  kartın aid olduğu banka müraciət edilməlidir ki, səhv ödəniş edilib.  Kartın aid olduğu bank  pulun köçürüldüyü kartın  hansı banka aid olduğunu təyin edərək,  həmin bank müştərisinə bildirməlidir ki, kartına səhvən vəsait daxil olub. Əgər şəxs razılıq verirsə, bank pulu geri qaytarmalıdır. Lakin şəxs razılıq verməsə, vətəndaş artıq məhkəməyə müraciət etməlidir, çünki başqa seçim yoxdur. Bu hal Mülki Məcəllədə “əsassız varlanma”  adlanır.

Bu cür problemlərlə hər kəs qarşılaşa bilər, lakin bu problemlərin qarşısını almaq da mümkündür. Pul köçürərkən diqqətli olmaq çox vacibdir, xüsusilə böyük məbləğləri köçürərkən. Hüquqşünaslar da vətəndaşları xəbərdar edirlər ki, əgər pul səhv göndərilərsə, geri qaytarma prosesi çox vaxt tələb edə bilər. Qarşı tərəf pulu qaytarmazsa, pulun geri qaytarılması məhkəmə qərarından asılı olaraq aylarla uzana bilər. Buna görə onlayn pul köçürmələri zamanı qarşı tərəfdən   aldığınız kartın 16 rəqəmli nömrəsini düzgün daxil etmək vacibdir. Əməliyyatı ödəniş terminalları ilə həyata keçirirsinizsə, kart nömrəsi ilə yanaşı, göndərdiyiniz şəxsin ad və soyadının ilk hərflərinə də diqqət etməlisiniz.

 

Bankların ad dəyişimi 26 April 2024