Gözləyin...

Birbank 50 000 AZN-dək zaminsiz və başdan-başa onlayn biznes krediti təklif edir

Bank məhsulları 21 February 2025

Birbank Biznes fərdi sahibkarlar üçün mikro biznes kreditini  təklif edir. Biznes sahibləri bank filialına getmədən, zaminsiz və tam onlayn şəkildə 50 000 AZN-dək kredit əldə edə bilərlər. 

Mikro biznes krediti üçün müraciət prosesi olduqca rahat və sadədir. Belə ki, müştəri kredit əldə etmək üçün Birbank Biznes mobil tətbiqi vasitəsilə müraciət etməlidir.  Müraciətin ardından dərhal sahibkara uyğun kredit məbləği hesablanaraq ona təqdim edilir. Müştəri məbləği əldə etmək istədiyi halda heç bir əlavə təsdiqə gərək olmadan yalnız üz tanıtma (DVS) və 3D təhlükəsizlik (OTP) kodu vasitəsilə kreditini təsdiqləyir və məbləğ anındaca onun şəxsi hesabına köçür.

Telegram kanalımıza abunə ol