“Bolkart” istifadəçiləri üçün "Azpetrol"da ödənişlərdə 7% kəşbek

Bank of Baku “Bolkart”la “Azpetrol” YDM-lərində 7% kəşbek kampaniyasına start verib.
Bu barədə Banker.az xəbər verir.
Şərtlər:
7% kəşbek əldə etmək üçün Azpetrol YDM-lərində yalnız Bank of Baku-nun Pos Terminalları vasitəsilə ödəniş olunmalıdır;
Bolkart kredit kartları üçün 200 AZN dövriyyə limiti nəzərə alınmır, yəni kredit kartları ilə “Azpetrol”da keçən bütün əməliyyatlara döviyyə tələbi olmadan 7% kəşbek hesablanır;
7% kəşbek yalnız AZN valyutalı kartlara şamil olunur, Xarici valyutalı kartlarda isə kəşbek faizi 0.5%-dir;
Bank tərəfindın verilən maksimum kəşbek məbləği aylıq hər bir kart üçün 100 AZN olaraq qalır;
“Azpetrol” üzrə ay ərzində veriləcək maksimum kəşbek məbləği 50 AZN-dir ( USD, EUR valyutalı kartlar da daxil olmaqla);
Kəşbeklə bağlı digər şərtlər olduğu kimi qalır.