Gözləyin...

Ən sərfəli taksit kartları hansı banklar verir?

Məqalələr 17 November 2023

Taksit kartları istehlakçılara alış-veriş üçün krediti hissə-hissə ödəmə imkanı verən maliyyələşdirmə variantıdır. 

Taksit kartı müştərilərə banklarla partnyor olan şirkətlərdə, mal və xidmətlərin dəyərini münasib şərtlərlə ödəmə imkanı təqdim edir. Belə ki, istifadə edilən məbləğ faiz hesablanmadan, partnyordan asılı olaraq 1, 2, 3, 6, 12, 18 və ya 24 aya ödənilir. Kart üzrə borc müvafiq aylar ərzində hər ayın müvafiq tarixinədək banka ödənilir. Ödəniş müddətində borca faiz hesablanmır, lakin gecikmə halları zamanı cərimə faizi hesablanır. 

Taksit kartının hansı üstünlükləri var? 

Güzəşt müddəti – kredit vəsaitindən faizsiz olaraq istifadə edilməsi mümkün olan müddət kəsiyidir;

Kredit limiti – müştərinin müəyyən faiz dərəcəsi qarşılığında kartdan maksimum xərcləyə biləcəyi məbləği əks etdirir; 

Faiz dərəcəsi – güzəştli dövr bitdikdən sonra hesablanmış faiz məbləğinin dərəcəsidir. 

Taksit kartını kimlər əldə edə bilər? 

Tələblər:

 Yaş:18 – 65 yaş

 İş stajı: minimum 3 ay, bəzi banklar minimum 6 ay tələb edə bilər.

 Sənəd: Şəxsiyyət vəsiqəsi 

Banker.az bankların taksit kartları və onların şərtlərini araşdırıb. 

TAMKART: Məbləğ – 300 - 30.000 AZN-dək, Nağdlaşdırma –50 % , İllik xidmət haqqı – yoxdur, Güzəşt müddəti – 60 günədək, Taksit imkanı- 30 ayadək, Nağdlaşdırma komissiyası – 1.5% ( min. 2 AZN).

 BOLKART: Məbləğ – 200 - 15.000 AZN-dək, Nağdlaşdırma – 100 % , İllik xidmət haqqı – yoxdur, Güzəşt müddəti – 60 günədək, Taksit imkanı- 24 ayadək, Nağdlaşdırma komissiyası – 1.5% ( min. 1.50 AZN). 

BİRBANK CASHBACK: – Məbləğ – 100 - 10.000 AZN-dək, Nağdlaşdırma – 100 % , İllik xidmət haqqı – yoxdur, Güzəşt müddəti – 63 günədək, Taksit imkanı-18 ayadək, Nağdlaşdırma komissiyası – 1.5% ( min. 1 AZN). 

KARTMANE: – Məbləğ – 200 -15.000 AZN-dək, Nağdlaşdırma – 100 % , İllik xidmət haqqı – yoxdur, Güzəşt müddəti – 100 günədək, Taksit imkanı- 24 ayadək, Nağdlaşdırma komissiyası – 1.5%

 LEOBANK: – Məbləğ –300 - 15.000 AZN-dək, Nağdlaşdırma - Bankomatlarda birdəfəlik nağdlaşdırma limiti 5000 manat (6000-ə qədər yüksəltmək mümkündür), günlük və aylıq limit isə 30000 manat təşkil edir, İllik xidmət haqqı – yoxdur, Güzəşt müddəti – 62 günədək, Taksit imkanı- 24 ayadək, Nağdlaşdırma komissiyası – 2% (minimum 1 azn). 

YELO LİGHT: – Məbləğ – 300 -10.000 AZN-dək, Nağdlaşdırma – 100 % , İllik xidmət haqqı – yoxdur, Güzəşt müddəti – 70 günədək, Taksit imkanı- 24 ayadək, Nağdlaşdırma komissiyası – 1.5% (min. 1 AZN).

Telegram kanalımıza abunə ol