Expressbank Ədliyyə işçilərinə komissiyasız kredit təklif edir

Expressbank Ədliyyə İşçilərinin Peşə Bayramına özəl olaraq nağd pul kreditini komissiyasız təklif edir. Belə ki, kampaniya çərçivəsində bu peşə sahibləri maaşın 24 mislinədək nağd pul kreditini komissiyasız əldə edib əsas məbləğ üzrə ödənişə yeni ildən başlaya bilərlər. Kampaniya müddətində sözügedən sahə üzrə çalışan hər kəs başqa banklardakı kredit borclarını bağlamaq üçün də komissiyasız kredit təklifindən yararlana bilərlər. Həmçinin Expressbankdan ilk dəfə kredit götürəcək Ədliyyə işçiləri kreditin illik faiz dərəcəsinə 2% endirim əldə edəcəklər.
• Məbləğ: 300 – 40 000 AZN
• Müddət: 3-59 ay
• Minimal xalis gəlir: 351 AZN
• FİFD: min. 12 %
• Ərizəçinin yaşı: 20 – 65 (kreditin bitmə tarixinədək)
Təklif 27.11.2024-cü il tarixinə qədər qüvvədədir.