Google Pay ™ daha bir bankda aktivləşdirildi

Google Pay Google hesabınızla əlaqəli
rəqəmsal pul kisəsidir. Siz ondan dostlarınızla pul göndərmək və ya tələb etmək
üçün istifadə edə bilərsiniz . Həmçinin
tətbiqlərdə və Android telefonu ilə mağaza və ya restoranda istifadə edə bilərsiniz.
"Google Pay" 2015-ci ilin sentyabrında ABŞ-da yaradılıb, "Android" platformasında olan
mobil telefonlar, planşetlər və digər "ağıllı" cihazlarda
çalışır.
Google Pay kart sahiblərinə təmassız
ödənişlərin qəbul edildiyi ticarət və xidmət obyektlərində, tətbiqlərdə və
internet səhifələrində rahat, sürətli və təhlükəsiz ödənişlə alış-veriş etmək
imkanı verən kartsız ödəniş üsuludur. Bu xidmətlə mağazalarda ödənişi həyata
keçirmək üçün Android əməliyyat sistemini dəstəkləyən smartfonu cihaza
yaxınlaşdırmaq kif yət edəcək.
Bu gündən etibarən Xalq Bankın VİSA kartları üçün də Android və xidməti dəstəkləyən WearOS
cihazlarında Google Pay™ xidməti aktiv olacaq. Google Pay ödənişlərini həyata
keçirmək üçün müştərilər kartlarını Azərbaycanda yeni istifadəyə verilmiş rəqəmsal
pul kisəsi Google Wallet™-də saxlaya biləcəklər.
Hazırda Azərbaycanda bu banklarda “Google Pay” aktivdir:
1.ABB
2.Kapital Bank
3.Bank Respublika
4.Rabitə Bank
5.Unibank
6.Xalq Bank