Hansı banklar təhsil krediti verir?

Təhsil krediti tələbələrin təhsil xərclərini ödəmək üçün müraciət edə biləcəyi gündəlik tələbat krediti məhsuludur. Tələbə krediti daha geniş məqsədlərlə istifadə edilə bilər. Siz əldə etdiyiniz gündəlik təlabat kreditini heç bir müdaxilə olmadan təhsil xərcləriniz üçün istifadə edə bilərsiniz.
Təhsil krediti şəxsin ailə üzvləri tərəfindən əldə olunur. Bunun üçün əlavə olaraq təhsil alan şəxsin vəsiqəsi və təhsil xərcləri ilə bağlı arayış tələb olunur.
Bəs hansı banklar təhsil krediti verir?
Bank of Baku 300 AZN-dən başlayan təhsil kreditini maksimum 48 ay müddətinə təklif edir.Kreditin məbləği maksimal 20 000 AZN-dir (Təhsil haqqı məbləği qədər). İllik faiz dərəcəsi 16%-dən başlayır. Yeni müştərilər üçün 17%-21% arası, təkrar müştərilər üçün 16%-20% arası dəyişir. Kredit nağd şəkildə deyil, təhsil müəsisəsinin hesabına yatırılır. Kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı 0-2% min.20 AZN-dir.Krediti Ödənişli əsaslarla təhsil alan şəxslər və onların ailə üzvləri götürə bilər.Yaş həddi minimum 20 – maksimum kreditin öhdəliyinin son ödəniş tarixinə ərizəçinin yaşı 70-i keçməməlidir. Müştərinin iş yerindən əmək haqqı məbləğindən, borclanma limitindən asılı olaraq 15000 AZN-dək zaminsiz kredit əldə etmək imkanı var.
Xalq Bank maksimal müddəti 60 ayadək olan, illik 11%-dən başlayan təhsil krediti təklif edir.Kreditin məbləği 500- 150 000 AZN aralığındadır.Kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı 0-2% min.20 AZN, maks 1 000 AZN-dir. Yaş həddi minimum 20 – maksimum kreditləşmə müddətinin sonuna ərizəçinin yaşı 70-i keçməməlidir.Kredit avtonəqliyyat vasitəsinin, daşınar və daşınmaz əmlakın girovu ilə,fiziki və hüquqi şəxsin zaminliyi ilə götürülə bilər.