Gözləyin...

Hansı banklarda onlayn depozit yerləşdirmək mümkündür?

Məqalələr 14 December 2023

Onlayn bankçılığın inkişafı müştərilərə öz maliyyə hesablarını rahat şəkildə idarə etmək üçün yeni imkanlar açıb. Bankların rəqəmsal xidmətlərindən biri də depozit hesabının açılmasıdır. Azərbaycanda  bu xidmət yalnız Kapital Bank və Turan Bankda mümkündür. Digər banklarda isə  bu xidmət yalnız bank filiallarında mümkündür. 
Kapital Bankda Birbank mobil tətbiqi vasitəsi ilə  "Rəqəmsal depozit" əmanət məhsulunun rəsmiləşdirilməsi mümkündür. Bunun üçün:  
1. Birbankda sağ aşağı küncdə daha çox - depozitlər - rəqəmsal depozit bölməsinə daxil olub, yeni depozit üçün müraciət etməlisiniz. 
2.  Şəxsiyyətinizi təsdiq etmək üçün video görüntü ilə yoxlanış olunur. 
3. Yerləşdirdiyiniz məbləği istənilən vaxt istifadə edə bilərsiniz, lakin, vaxtından öncə olduqda faizlər ödənmir. 
Turan Bankda siz onlayn olaraq SİMA vasitəsilə qeydiyyatdan keçərək depozit yerləşdirə bilərsiniz Əmanətin onlayn yerləşdirilməsi üçün ilk növbədə hesabınız olmalıdır.Hesabınız olmadığı halda, ASAN imza ilə onlayn cari hesab aça və ya filiala yaxınlaşmaqla sadəcə şəxsiyyət vəsiqəsilə hesab açdıra bilərsiniz. Qeyd etmək istərdik ki, hesabın açılması xidməti ödənişsizdir. Daha sonra "SİMA" rəqəmsal imzası üzrə qeydiyyatdan keçməlisiniz. Bunun üçün SİMA tətbiqini mobil cihazınıza endirib qeydiyyatdan keçmək kifayətdir. Sonda əmanət üçün nəzərdə tutduğunuz məbləği, cari hesabınıza əlavə edərək TuranBank mobil tətbiqi üzərindən əmanətinizi onlayn olaraq yerləşdirə bilərsiniz. Əmanət yerləşdirilməsi üçün icra ediləcək addımlar: 
1. SİMA tətbiqini mobil cihaza yüklənməli (Yüklənməsə belə imzalama mərhələsində, tətbiqin yüklənməsi üçün avtomatik mobilbankdan yönlənmə mümkün olacaq) 
2. “Əmanətlərim” bölməsində üstəgəl (+) işarəsi kliklənməli 
3. İstəyə uyğun əmanət şərtləri seçilməli 
4. Əmanətə qoyulacaq məbləğin silinməsi üçün cari və ya kart hesabı seçilməli (Əmanət yerləşdirmək üçün hesabda və ya kartda əmanətin şərtlərinə uyğun olaraq minimum məbləğ qədər vəsait olmalıdır) 
5. Faizlərin mədaxil olunacağı hesabı seçilməli (bu həmin hesab və ya başqa bir mövcud hesab, kart hesabı ola bilər. Bu şərtlə ki, hər ikisi eyni filiala bağlı olsun) 
6. Müddət və faizlərin ödəmə periodu seçilib məbləğ qeyd edilməli və “Hesabla” düyməsi kliklənməlidir. Müştərinin seçdiyi parametrlərə uyğun əldə edəcəyi faiz gəliri ekranda əks olunur. 
7. Müştəri əmanət müqaviləsinin hazırlanmasına razı olduğu təqdirdə müştəriyə müqavilənin rəsmiləşməsi üçün FATCA anketi və əmanət müqaviləsi göstərilir.Qeyd. Əgər müştərinin mövcud FATCA anketindəki məlumatlarında hər hansı bir dəyişiklik olubsa müştəriyə banka yaxınlaşıb yeni FATCA anketi tərtib etməyi xahiş olunur. 
8. Müştəri sənədlərlə tanış olmalı və imza seçimi etməklə sənədləri imzalamalıdır. Daha sonra Bank tərəfindən elektron qaydada müqaviləimzalanır və müştərinin mobil applikasiyasına təsdiq ilə bağlı bildiriş göndərilir. Artıq əmanət müqaviləsi rəsmiləşmiş sayılır. 
Onlayn şəkildə depozit hesabı açmaq bir çox bankda mümkün olmasa da, bəzi banklar depozit hesabınızı onlayn  artırmağa imkan verir. Bu zaman bankın mobil tətbiqi vasitəsilə kartınızda olan məbləği depozit hesabınıza köçürməklə məbləği artıra bilərsiniz. Lakin bu funksiya bankların yalnız yığım və ya artırılması mümkün olan digər əmanətlər üçün keçərlidir. 
*Bank BTB-də əmanət hesabını mobil tətbiq vasitəsilə artırmaq mümkün olmasa da, linkə daxil olaraq artıra bilərsiniz: https://bankbtbpayment.3dsecure.az/


 

Telegram kanalımıza abunə ol