Hansı banklarda “Uşaq yığım”əmanəti var?

Bəzi banklar uşaqlar üçün hazırlanmış xüsusi əmanət hesablarını təklif edirlər. Bu hesablar təkcə uşaqlara pul idarəçiliyi haqqında məlumat vermir, həm də valideynlər üçün uşaqlarını bank sistemi ilə tanış etmək üçün təhlükəsiz və idarə olunan mühit təmin edir.
Banker.az uşaq əmanətləri təklif edən bəzi bankları araşdırıb.
Turan Bank: "Uşaq Yığım" Əmanəti şərtləri
Əmanətçinin yaş həddi – anadan olandan 15 yaşadək
Əmanət hesabını açan və idarə edən şəxslər - Uşağın valideynləri, qəyyumu, himayədarı, nənə və babası
Əmanətin ilkin məbləği – Min.100 AZN/USD – Maks. 10 000 AZN/USD Əmanətin müddəti – Min. 3 il (15 yaşı tamamlanmış uşaqlar) - Maximum - 18il
Əmanət üzrə faiz dərəcəsi - AZN - 8.5% (illik), USD - 2% (illik)
Əmanət məbləğinin artırılması - İstənilən vaxt ay ərzində, Minimum - 100 AZN/USD; Maximum - 1000 AZN/USD
Faizlərin kapitallaşması - Hesablanmış faizlər hər 6 aydan bir əmanət məbləğinin üzərinə əlavə olunur və əlavə edilmiş faiz məbləğinə də faiz hesablanır.Vəsaitin qismən çıxarılması mümkün deyil.
Əmanət vaxtından əvvəl çıxardıldıqda əgər AZN valyutasındadırsa, bu zaman 5 ilədək - 4.5%, 5-10 il - 7.5%, 10-18 il - 8%, dollardadırsa 5 ilədək - 1%, 5-10 il - 1.5%, 10-18 il - 2.5% hesablanır.
Xalq Bank: "Uşaq Yığım" Əmanəti şərtləri
Əmanətçinin yaş həddi - Əmanət 18 yaşına çatmamış uşağın adına açılır. Uşaq 14 yaşına çatdıqda valideynlər tərəfindən yazılı surətdə təqdim edilmiş icazə ərizəsi əsasında əmanət üzrə əməliyyatlar apara bilər.
Əmanətin ilkin məbləği- 1 000 AZN/USD/EUR – Maksimal limit yoxdur. Əmanətin müddəti - 12/24 ay Əmanət üzrə faiz dərəcəsi - AZN – 6.5% (illik), USD – 0.5% (illik)
Əmanət məbləğinin artırılması- Məhdudiyyət yoxdur.
Faizlərin kapitallaşması- Əmanətin müddəti bitdikdən sonra əmanət geri tələb edilmirsə, əmanətçi ilə müqavilə növbəti müddətə uzadılır (uşaq 18 yaşına çatana qədər), faizlər əmanətin əsas məbləğinə əlavə olunaraq kapitallaşır. 1 000 000 USD/EUR-dan artıq məbləğdə əmanətin yerləşdirilməsi şərtləri Tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir
Rabitəbank: "Uşaq Yığım" Əmanəti şərtləri
Əmanətçinin yaş həddi- 18 yaşadək Əmanətin ilkin məbləği - 100 AZN / USD
Əmanətin müddəti -18 il Əmanət üzrə faiz dərəcəsi- AZN - 5% (illik), USD – 0.5% (illik)
Əmanət məbləğinin artırılması – Mümkündür
Faizlərin kapitallaşması - İldə bir dəfə əsas məbləğin üzərinə əlavə edilir və əlavə edilmiş məbləğə faiz hesablanır.
VTB Azərbaycan: "Uşaq Yığım" Əmanəti şərtləri
Əmanətçinin yaş həddi – 18 yaşadək
Əmanətin ilkin məbləği - 100 AZN/USD
Əmanətin müddəti – 1-18 il
Əmanət üzrə faiz dərəcəsi- AZN – 10.5% (illik), USD – 2.5% (illik)
Əmanət məbləğinin artırılması- Minimum 5 AZN/USD
Faizlərin kapitallaşması - Müddətin sonunda