Hansı Miles kartlar daha sərfəlidir ? – Cədvəl

“Miles” kartlar aviasiya sahəsində müəyyən imtiyazlar
qazandıran bank məhsuludur. Bu kartlar vasitəsi ilə apardığınız əməliyyatların
qarşılığında toplanan ballara uyğun olaraq aviabiletlər üzrə güzəştlər qazanmaq
mümkündür. Bu kartlar müştərilərinə təkcə aviabiletlər üzrə güzəştlər təklif
etmir, eyni zamanda onlara müxtəlif xidmətlərdən yararlanmaq imkanı da verir.
Azərbaycanda hazırda Kapital Bank “BirKart Miles” kartını, Unibank “Unimiles” kartını, PAŞA Bank “Turkish Airlines Miles&Smiles” kartlarını, Premium
Bank “AZAL
Miles”, Bank of Baku “Bolkart Diamond”, Azərbaycan Beynəlxalq Bankı “ ABB Miles” Debet kartlarını təklif edir.
Bəs bu millər nədir? Nağdsız əməliyyatlar
zamanı xərclənilən pulun bir hissəsi mil olaraq balansa geri qayıdır. Qeyd edək
ki, bu, kommunal ödənişlər, mobil operator ödənişləri, hökümət ödənişləri,
vergi ödənişləri, kredit/ipoteka ödənişləri, kart transferi və bu kimi əməliyyatlar
üçün keçərli deyil.
Eyni zamanda banklar bu kartlardan ilk istifadə zamanı yeni “Xoşgəldin Mili” (hədiyyə millər ) verirlər. Bu millərin
hesablanması üçün bankların qoyduğu müddətdə və məbləğdə nağdsız əməliyyatlar həyata
keçirmək lazımdır. Millərin sayı kartın statusundan asılı olaraq dəyişir.
Banker.az sərfəli Mil kartlar təklif edən bankları
araşdırıb.