Gözləyin...

Kapital Bank digər banklara borclu olanlar üçün kampaniya başladıb

Bank məhsulları 14 June 2024

Kapital Bank digər banklarda kredit öhdəliyi olanlar üçün kampaniya başladıb. Belə ki, 14 iyun 2024-cü il tarixindən etibarən digər banklarda olan kreditlərini bağlamaq məqsədilə Kapital Bank-a müraciət edən müştərilər kreditlərini nağdlaşdırma komissiyası olmadan əldə edəcəklər. 

 Kapital Bank-dan 10.9%-dən başlayan, 50 000 AZN-dək nağd kredit əldə edən müştərilər faiz xərclərini aşağı salmaq və aylıq ödənişlərin həcmini azaltmaq fürsətindən yararlana bilərlər.

Kampaniyadan yararlanmaq üçün 1 yazıb 8196 nömrəsinə göndərə və ya sizə ən yaxın Kapital Bank filialına yaxınlaşa bilərsiniz. Kampaniya 31 iyul 2024-cü il tarixinədək keçərlidir. 

 

Telegram kanalımıza abunə ol