Marketlərdə ən çox “kəşbək” verən bank bank kartları

Market və supermarketlərdə kəşbək xüsusi əhəmiyyət kəsb edir və gündəlik xərclərinizə qənaət etmək imkanı yaradır.
Banker.az Azərbaycan banklarının market “kəşbək”lərini təqdim edir. Onu da qeyd edək ki, araşdırma yalnız bankların sadə Debet kartlarını əhatə edir. Premium və kredit kartlarında hesablanan faizlər fərqli ola bilər.
ABB- «TamKart» debet kartı sahiblərinə digər sahələrlə yanaşı, marketlərdə də kəşbək almağa imkan verir. Belə ki, “Faydalı kəşbək”də “Ailə başçısı” kateqoriyasını seçdikdə marketlər üçün kəşbək 3% təşkil edir. "Faydalı kəşbək"üçün aylıq maksimal limit 100 AZN-dir. Topladığınız “Faydalı kəşbək” lər anında ABB mobile-da kəşbək balansınıza köçürüləcək. 1 əməliyyatdan maksimum qazanıla biləcək kəşbək məbləği 30 AZN-dir.
Azər Türk Bank - « atb debet kart » marketlərdə alış-verişlərə görə 0.5% kəşbək verir. Ay ərzində qazanılan maksimum kəşbək məbləği isə 200 AZN təşkil edir.
Bank of Baku - « Bolkart » dövriyyə tələbi olmadan hər yerdə 3% kəşbək əldə edə bilərsiniz. Onu da qeyd edək ki, “Bolkart”la “Bravo” marketlər şəbəkəsində alış-veriş edənlər 7% kəşbək qazanacaq. “Dostbank” mobil tətbiqi vasitəsi ilə aparılan əməliyyatlar üzrə kəşbək hesablanmır. Ay ərzində hər bir müştəri maksimum 100 AZN kəşbək qazana bilər. 0.01 AZN-dən az olan keşbek məbləğləri nəzərə alınmır. Kəşbək dərhal balansa oturur. Kateqoriya üzrə limit yoxdur.
Kapital Bank - « Birbank Cashback» kartları ilə market ödənişlərində 2% kəşbək hesablanır. Qeyd edək ki, Birbank m10 QR-ni çək və ödə 3% kəşbək qazandırır. Birbank Cashback Debet kartı ilə ay ərzində qazana biləcəyiniz maksimal kəşbək məbləği 100 AZN-dir.
Bank Respublika - «NeoKart» ilə alış-veriş zamanı marketlərdə 2% kəşbək hesablanır. Kəşbək üzrə aylıq maksimal məbləğ 300 AZN təşkil edir və bu yalnız kəşbək komponentinə aiddir. Kəşbək balansı ötən ayın əməliyyatları üzrə formalaşır. Toplanmış bonusları hər növbəti ayın 5-dən sonra həmin ayın sonunadək kəşbək məbləğinə dəyişmək mümkündür. Qalıq bonusu isə silinmir və 2 il müddətində digər komponentlərə (Mil/Dəqiqə/Mobil internet) dəyişə bilərsiniz. Kateqoriya üzrə limit yoxdur.
Paşa Bank - «akart» kateqoriya seçimi, minimal dövriyyə tələbi olmadan bütün supermarketlərdə 2% keşbek hesablanır. Kəşbək üzrə aylıq maksimal məbləğ 100 AZN təşkil edir. Hər kateqoriyada qazanılacaq maksimum aylıq kəşbək 25 AZN təşkil edir.
Rabitəbank - «Kartmane» debet kartı marketlərdə 3% kəşbək hesablayır. Qeyd edək ki, 3% market kəşbəki yalnız Apple Pay və Google Pay vasitəsilə ödənişlər zamanı hesablanır. Kart vasitəsilə ödənişlər zamanı isə 1% kəşbək hesablanır. Kateqoriya üzrə maksimal qazana biləcəyiniz kəşbək məbləği – 30 AZN, maksimal aylıq kəşbək məbləği 200 AZN təyin edilir.
XalqBank -«XalqKart Cashback» Bankın partnyor olmayan Ticarət-xidmət müəssisələrində XalqKart Cashback-dən istifadə etməklə aparılan hər nağdsız əməliyyat məbləğin 2%-i miqdarında, lakin hər bir halda eyni növ MCC kod altında aparılmış nağdsız əməliyyatlar üzrə aylıq maksimum 30 AZN qazandırır. Aylıq minimal kəşbək məbləği: 3 AZN, Aylıq maksimal kəşbək məbləği: 300 AZN-dir.
Yelobank- «Yelo Light» kartları da supermarketlər üçün 2% kəşbək qazandırır. Seçilmiş iki kateqoriya üzrə aylıq kəşbək limit 100 AZN-dir.
