Pulsuz nağdlaşdırma üçün ən yaxşı bank kartları – TOP 5

Ölkəmizdəki bir çox banklar müxtəlif təkliflərlə bank kartını istifadəçilərin xidmətinə verir. Keşbek, pulsuz nağdlaşdırma, pulsuz köçürmə kimi özəlliklər bu kartların əsas təklifləridir.
Qanunvericilik banklara köçürmə və nağdlaşdırma zamanı komissiya tutmaq üçün imkan verir. Əksər debit kartlar cüzi də olsa nağdlaşdırma komissiyası tutur. Bu komissiyalar kartın məxsus olduğu bankın və ya digər bankların bankomatlarından asılı olaraq dəyişir. Bir çox banklar öz ATM-lərindən nağdlaşdırma zamanı komissiya tutmur, lakin ölkədaxili bütün ATM-lərdən komissiyasız nağd pul çıxara biləcəyimiz Debet kartların sayı azdır.
Banker.az ölkədaxili bütün ATM-lərdən komissiyasız pul çıxarıla biləcək debet kartları araşdırıb.
ABB -TamKart ilə ölkədaxili bütün ATM-lərdə nağdlaşdırma - 0%
( Limit 7000 AZN -dək, 7000 AZN-dən yuxarı 1% min.1 AZN)
Azər Türk Bank - ATB Card ilə ölkədaxili bütün ATM-lərdə - 0%
( Limit 1000 AZN-dək, 1000 AZN-dən yuxarı 1.5%)
Bank respublika - Neokart ilə Bank Respublika ATM-lərində - 0%, ölkədaxilində bütün ATM-lərdə ay ərzində 5 dəfə nağdlaşdırma - 0%.
(Limit 10 000 AZN)
Kapital Bank - Birbank Cashback ilə ölkədaxili bütün ATM-lərdə nağdlaşdırma- 0%
(Limit 5000 AZN-dək, 5000 AZN-dən yuxarı 0.5%)
Rabitə Bank – Kartmane ilə ölkədaxili bütün ATM-lərdə 1000 AZN-dək - Pulsuz
(Limit nağdlaşdırma və köçürmə birgə 1000 AZN)