Rabitəbankda dollar əmanətiniz güvənli və qazanclı olacaq!

Rabitəbank müştərilərinə həm etibarlı, həm də rahatlıqla qazanc əldə etməyə imkan verən əmanət növləri təklif edir. Belə ki, müştərilər manat və ya dollar üzrə bankda əmanət yatıra və qazanc əldə edə bilərlər.
Rabitəbank əmanətini dollar valyutası ilə saxlamaq istəyən müştərilər üçün sərfəli kampaniya elan edib. “Dollar əmanəti” kampaniyasında illik 3,8%-dək əlavə gəlir qazanmaq mümkün olacaq. Əmanət hesabı açmaq üçün minimal məbləğ 200 USD, müddət isə 3 aydan 24 ayadəkdir. Kampaniya aprelin 1-dək davam edəcək. Müştərilərin istəyindən asılı olaraq faizlər aylıq və ya müddətin sonunda ödənilə bilər. Kampaniyadan yararlanmaq istəyən hər kəs bankın istənilən filialına yaxınlaşaraq hesab açdıra bilər. Qeyd edək ki, Rabitəbanka yatırılan bütün əmanətlər Əmanətlərin Sığortalanması Fondunun qaydalarına uyğun olaraq qorunur.