Rekord: Ölkədə elektron ticarətdə nağdsız ödənişlər 3 dəfə böyüdü

Azərbaycanda bank kartlarının sayı artdığı kimi, onlardan nağdsız ödənişdə istifadə sayı da yüksəlməkdədir. Cari ilin ilk yarısında qeydə alınan rəqəmlər ölkə tarixində yeni rekorddur.
Banker.az xəbər verir ki, 2022-ci ilin ilk yarım ildə Azərbaycanda POS-terminallarla aparılan nağdsız ödəniş əməliyyatlarının həcmi 41 faiz artaraq 2 mlrd. 494 mln. manat olub. Təkcə iyun ərzində POS-terminallarla nağdız ödəniş 484 milyon manat olmaqla indiyə qədər qeydə alınmış ən yüksək rəqəm olub.
2022-ci ilin birinci yarısında ölkədə elektron-ticarətlə ödənişlər öncəki ildən 3 dəfəyə yaxın artmaqla 7 milyard 347 milyon manat olub. Belə görünür ki, 2022-ci il üzrə e-ticarət ödənişlərinin həcmi 15-16 milyard manata çatacaq.
İyun ayı üzrə elektron ödənişlərin həcmi 1 milyard 526 milyon manat olmaqla – tarixi rekord
Nağdsız ödənişlər, mln. manat | ||||
2022, yarımil | 2021, yarımil | |||
POS-terminal | E-ticarət | POS-terminal | E-ticarət | |
Yanvar | 384 | 920 | 221 | 360 |
Fevral | 361 | 1,016 | 250 | 370 |
Mart | 443 | 1,242 | 342 | 450 |
Aprel | 387 | 1,270 | 311 | 421 |
May | 435 | 1,373 | 313 | 440 |
İyun | 484 | 1,526 | 327 | 496 |
CƏMİ | 2,494 | 7,347 | 1,764 | 2,537 |