TamKart, Birbank, Leobank – Hansı kart daha sərfəlidir?

Banker.az hazırda ölkədə ən çox istifadə olunan kartlardan 3 kartla bağlı müqayisəni təqdim edir.
Bunlar ABB-nin təqdim etdiyi TamKart Visa Classic debet kartı, Kapital Bankın təqdim etdiyi Birbank Cashback, Unibankın təqdim etdiyi Leobank kartlarıdır.
TamKart Visa Classic debet kartı: - kredit, şəxsi vəsait, cashback və ödənişlər üçün kartdır. Tamkart debet kartı 3 valyutada olmaqla (AZN/USD/EUR) 5 il müddətinə təqdim olunur. Standart, Gold, Platinum, Premium,Gənc və rəqəmsal növləri var. Kartın növündən aslı olaraq qalığın 200 AZN-dən 5000 AZN-dək olan hissəsinə illik 7% hesablanaraq ayın sonu balansa köçürülür.
Birbank Cashback: - kredit, şəxsi vəsait, cashback və ödənişlər üçün kartdır. Birbank debet kartı 3 valyutada olmaqla (AZN/USD/EUR) 36 ay müddətinə təqdim olunur. Pulsuzdur. Minimal 500 AZN ekv. bərabər və yuxarı qalıq olduqda 6 % hesablanacaq.
Leokart: – 5 il müddətinə pulsuz təqdim olunur. Qalıq üzrə 6%-dək illik gəlir gətirən bu kartda debet qalığına faiz dərəcəsi debet qalığında minimal 10 AZN məbləğ olduqda hesablanır. Depozit gündəlik olaraq hesabınızda olan məbləğin üzərinə hesablanır, məbləğ toplanaraq növbəti ayın 1-i hesabınıza köçürülür.