Tamkart - Mart ayı üçün kəşbek kateqoriyaları

ABB – Tamkart kredit, şəxsi vəsait, cashback və ödənişlər üçün kartdır. Tamkart debet kartı 3 valyutada olmaqla (AZN/USD/EUR) 5 il müddətinə təqdim olunur. Standart, Gold, Platinum, Premium,Gənc və rəqəmsal növləri var. Kartın növündən aslı olaraq qalığın 200 AZN-dən 5000 AZN-dək olan hissəsinə illik 7% hesablanaraq ayın sonu balansa köçürülür.
Banker.az “Tamkart ”ın mart ayı üçün kəşbek kateqoriyalarını təqdim edir.
“Faydalı keşbek” üçün aylıq limit 300 AZN-dir. Topladığınız “Faydalı keşbek” lər anında ABB mobile-da keşbek balansınıza köçürüləcək.
1 kateqoriya üzrə maksimum qazanıla biləcək keşbek məbləği 30 AZN-dir. Hər hansı əməliyyat üzrə müştəri maksimal kəşbek məbləğini qazanarsa, həmin kateqoriyanın faizindən aslı olmayaraq bundan sonrakı əməliyyatlar üzrə 1% kəşbek hesablanacaq. Misal üçün, parfümeriya kateqoriyası üzrə 5%kəşbek verilirsə, müştəri yeni şərtə əsasən maksimum 30 AZN kəşbek qazandıqdan sonra kateqoriyanın faiz dərəcəsi 5%-dən 1%-ə düşəcək. Və müştəri 300 AZN-dək kəşbek qazanmağa davam edəcək.
Bundan əlavə, 8 Mart Beynəlxalq Qadınlar gününə özəl kampaniyaya əsasən TamKart istifadəçiləri “ Faydalı kəşbek” kateqoriyalarından “Gənc” və “Romantik” paketlərinə əlavə olunacaq 3 kateqoriya üzrə 8% keşbek qazana biləcəklər. Kampaniya 1- 8 mart tarixlərinə aktiv olacaqdır.
Kampaniyaya özəl əlavə olunmuş kateqoriyalara daxildir:
Gül dükanları: 8%
Parfümeriya: 8%
Aksesuarlar: 8%