"Trendyol" ödənişlərinə kəşbek verən bank kartları

Trendyol onlayn alışveriş dünyasında adını uğurla formalaşdırmış və müştərilərinə geniş seçim imkanları təqdim edən bir platformadır.
Banker.az “Trendyol”da aparılan ödənişlərə kəşbek hesablayan bank kartlarını araşdırıb:
ABB: TamKartla "Kapitalist" paketini seçərək, Trendyol ödənişləri üzrə 1% keşbək əldə edə bilərsiniz. 1 kateqoriya üzrə maksimum qazanıla biləcək keşbek məbləği 30 AZN-dir
Bank of Baku: Bolkartla Trendyol ödənişlərinə kampaniya ilə 7% keşbek hesablanır. Kampaniya uzunmüddətlidir, bitmə tarixi qeyd olunmayıb. 1 kateqoriya üzrə maksimum qazanıla biləcək keşbek məbləği 30 AZN-dir.
Bank Respublika: Neokartla Mobil Şöbə tədbiqi üzrə kateqoriyaları seçərək keşbək faizi təyin edir. Geyim mağazaları üzrə hal-hazırda, 4%-dək seçim mümkündür. Ümumi olaraq, keşbək limiti ay ərzində 300 AZN təşkil edir. Hər kateqoriya üzrə limit 30 000 Neobonus təşkil edir( limitə çatdıqdan sonra, 0.5% ilə bonus hesablanır).
Kapital Bank: Birbank Cashbackla "Bütün ödənişlər" kateqoriyasını seçmisinizsə, Birbank Cashback debet kartı ilə Trendyol-da ödəniş zamanı 1% keşbek hesablanır. “Bütün ödənişlər” üzrə Birbank Cashback debet istifadəçiləri ayda 100 AZN keşbek qazana bilərlər.
XalqBank: XalqKart Cashbackla hər yerdə ödənişlərdən 2% kəşbək qazana bilərsiniz. Eyni növ MCC kod altında aparılmış nağdsız əməliyyatlar üzrə aylıq maksimum 30 AZN-dir.
Rabitəbank: Kartmane debet kartı ilə ApplePay və GooglePay ödəniş sistemləri vasitəsi ilə aparılan ödənişlərə görə 1.5% keşbek, kart ilə aparılan ödənişlərə görə isə 1% keşbek hesablanır. 1 kateqoriya üzrə maksimum qazanıla biləcək keşbek məbləği 30 AZN-dir.