Gözləyin...

Western Union vasitəsilə pul köçürmə zamanı nə qədər komissiya tutulur? - Araşdırma

Məqalələr 15 April 2024

Western Union dünya üzrə pul köçürmə xidmətləri təqdim edən pul köçürmə sistemidir. Western Union 200-dən çox ölkə və ərazidə, yüz minlərlə agentlik nöqtəsi ilə fəaliyyət göstərir.Geniş  şəbəkəyə malik olması vəsaiti tez bir zamanda köçürməyə imkan verir.  Köçürmələr üçün tətbiq edilən komissiya haqları köçürmə məbləğindən və köçürmənin aparıldığı yerlərdən asılı ola bilər.

Western Union-un müsbət tərəfi prosedurun rahat olması və pulu qısa müddətə qarşı tərəfə göndərməyin mümkünlüyüdür. Bunun üçün müştəri şəxsiyyət vəsiqəsini bank əməkdaşına təqdim edərək, bank əməkdaşının verdiyi  anketi  doldurdurub sonra kassaya yaxınlaşaraq  məbləği və komissiya haqqını ödəməlidir.  Daha sonra bank əməkdaşı sizə xüsusi on rəqəmli nəzarət nömrəsini təqdim edəcək. Həmin nömrəni pulu göndərdiyiniz şəxsə bildirməlisiniz. Müvafiq ödənişi qəbul edən şəxs isə pulu alacağı banka yaxınlaşaraq şəxsiyyət vəsiqəsi ilə birgə bu kodu təqdim etdikdən sonra pulu əldə edə bilər.

Banker.az “Western Union”la xaricə pul köçürmələri zamanı tutulan komissiya haqqlarını təqdim edir.

Bankların ad dəyişimi 26 April 2024