Western Union vasitəsilə pul köçürmələrində nə qədər komissiya tutulur?

Western Union Corporation ABŞ-da yerləşən beynəlxalq maliyyə xidmətləri və rabitə şirkətidir. Şirkət müxtəlif valyutalarda beynəlxalq pul köçürmələri və ödənişləri qəbul edir və bu xidməti təklif edən şirkətlər arasında dünyanın aparıcı maliyyə xidmətlərindən biridir
Western Union vasitəsilə istənilən məsafəyə bir neçə dəqiqə ərzində pul köçürməsi etmək mümkündür. Sistemin üstünlüyü prosedurun rahat olması və pulu qısa müddətə digər şəxsə göndərməyin mümkünlüyüdür. Bunun üçün şəxsiyyət vəsiqənizi bank əməkdaşına təqdim edirsiniz. Sonra bank əməkdaşının verdiyi blankı doldurduqdan sonra kassaya yaxınlaşaraq göndərəcəyiniz məbləği və komissiya haqqını ödəməlisiniz. Daha sonra bank əməkdaşı sizə xüsusi on rəqəmli nəzarət nömrəsini təqdim edəcək. Həmin nömrəni pulu göndərdiyiniz şəxsə bildirməlisiniz. Müvafiq ödənişi qəbul edən şəxs isə pulu alacağı banka yaxınlaşaraq şəxsiyyət vəsiqəsi ilə birgə bu kodu təqdim etdikdən sonra pulu əldə edə bilər.
Western Union 510 mindən çox xidmət məntəqəsinə malikdir və 200 ölkədə fəaliyyət göstərir.
*Bank of Bakuda MDB ölkələrinə köçürmə məbləği 0.01 – 200 USD olduqda 3%, 200.01 – 2000 USD olduqda 2%, 2000.01 – 3000 USD olduqda 1.5%, 3000.01 və yuxarı olduqda isə 1.2% komissiya tutulur.
*ASB Bankda MDB ölkələrinə köçürmə məbləği 0.01 – 200 USD olduqda 3 USD komissiya tutulur.
* ASB və Bank of Bakuda Ukraynaya köçürmə komissiyası məbləğdən aslı olaraq 13 USD-121 USD arası dəyişir.
*BTB Bankda Ukraynaya köçürmə məbləği 0.01 – 200 USD olduqda 3 USD, 200.01 – 2000 USD olduqda 2%, 2000.01 – 3000 USD olduqda 1.5%, 3000.01- daha çox olduqda 1.2% komissiya tutulur.
* Bank Avrasiyada Ukraynaya köçürmə məbləği 0.01 – 200 USD olduqda 2 USD komissiya tutulur.
*BTB Bank, Bank Avrasiya, Bank of Bakuda Türkiyəyə köçürmə zamanı komissiya məbləğdən aslı olaraq 13-21 USD arası dəyişir.
*ASB Bankda Türkiyəyə köçürmə zamanı komissiya məbləğdən
aslı olaraq 13-121 USD arası dəyişir.