Gözləyin...

Xalq Bank "Cashback" və "Petrol" kartlarını pulsuz təklif edir

Bank məhsulları 25 February 2025

XalqBank  30 aprelədək  davam edəcək kampaniya çərçivəsində3 illik XalqKart PetrolXalqKart Cashback kartlarını müştərilərə pulsuz təqdim edəcək. 

XalqKart Petrol kartı ilə müştərilər həm ölkə daxilində, həm də xaricdə apardığı nağdsız ödənişlərdən 3% bonus qazanıb toplanmış bonusları ölkənin ən geniş Azpetrol YDM şəbəkəsində yanacağa dəyişə bilərlər. XalqKart Cashback kartı isə nağdsız əməliyyatlardan 2% keşbek qazandıran ödəniş kartıdır. Hər iki kartda olan digər üstünlüklər bunlardır:

AZN qalığına illik 8% əlavə gəlir;

–           ölkədaxili bütün kartlara aylıq 5000 AZN-dək komissiyasız köçürmə;

–           aylıq 1000 AZN-dək komissiyasız nağdlaşdırma;

–           onlayn sifariş və pulsuz çatdırılma.

Hər bir kart üzrə müştəri aylıq 300 AZN məbləğində keşbek qazana bilər. Qeyd edək ki, kampaniyaya ayrılmış kart sayı məhduddur.

Telegram kanalımıza abunə ol