Xalq Bank və “Baku City Residences” xüsusi "Sakin Kart”ı təqdim ediblər

Xalq Bank və “Baku City Residences” xüsusi imtiyazlara malik yeni “Sakin Kart” premium ko-brend kartını “Baku City Residences” sakinlərinin istifadəsinə veriblər.
Visa beynəlxalq ödəniş sistemi tərəfindən dəstəklənən “Sakin Kart” Visa Platinum və Visa İnfinite olmaqla təqdim edilir. Sakinlər kartın müxtəlif loyallıq imkanlarından faydalana biləcəklər. Belə ki,
- “Sakin kart” həm ölkə daxilində, həm də xaricdə aparılan nağdsız ödənişlərdən 2% keşbek
- Kartdakı vəsaitin qalığına illik 5 %-lə əlavə gəlir,
- İstənilən bankın bankomatlarında vəsait nağdlaşdırmaq, ölkədaxili bütün kartlara komissiyasız köçürmə imkanları.
- Eyni zamanda, “Sakin Kart” vasitəsilə tərəfdaş şəbəkələrindən alış-veriş zamanı 40%-dək keşbək və digər endirimlərdən yararlanmaq olar.
“Sakin Kart” vasitəsilə Visa ödəniş sisteminin təqdim etdiyi dünyanın istənilən nöqtəsində premium xidmətlərdən rahatlıqla faydalanmaq mümkündür. Bu kartlarla səfər zamanı tibbi dəstək xidməti, 24/7 peşəkar Visa konsyerj servisi, LoungeKey proqramı çərçivəsində müxtəlif hava limanlarının biznes zallarına ödənişsiz keçid, hava limanlarında pulsuz sürətli keçid (Fast Track), müxtəlif ölkələrə viza alınması dəstəyi və havalimanlarına pulsuz transfer xidmətindən istifadə etmək olar.