Yanacaqdoldurma məntəqələrində ən çox “kəşbək” verən bank kartları

Yanacaqdoldurma məntəqələrində kəşbək xüsusi əhəmiyyət kəsb edir və gündəlik xərclərinizə qənaət etmək imkanı yaradır.
Banker.az Azərbaycan banklarının yanacaq “kəşbək”lərini təqdim edir.
ABB- «TamKart» debet kartı sahiblərinə digər sahələrlə yanaşı, yanacaqdoldurma məntəqələrində də kəşbək almağa imkan verir. Belə ki, “Faydalı kəşbək”də “Ailə başçısı” kateqoriyasını seçdikdə yanacaq üçün kəşbək 3% təşkil edir və bu bütün YDM üçün keçərlidir. Faydalı kəşbək üçün aylıq maksimal limit 100 AZN-dir. Topladığınız Faydalı kəşbəklər anında ABB mobile-da keşbek balansınıza köçürüləcək. 1 əməliyyatdan maksimum qazanıla biləcək kəşbək məbləği 30 AZN-dir.
Azər Türk Bank - « atb debet kart » yanacağa görə 1% kəşbək verir. Ay ərzində alınan yanacağa görə kəşbək limiti yoxdur. Ay ərzində qazanılan maksimum kəşbək məbləği isə 200 AZN təşkil edir.
Bank of Baku - « Bolkart » dövriyyə tələbi olmadan hər yerdə 3% kəşbək əldə edə bilərsiniz. “Dostbank” mobil tətbiqi vasitəsi ilə aparılan əməliyyatlar üzrə kəşbək hesablanmır. Ay ərzində hər bir müştəri maksimum 100 AZN kəşbək qazana bilər. 0.01 AZN-dən az olan keşbek məbləğləri nəzərə alınmır. Kəşbək dərhal balansa oturur. Kateqoriya üzrə limit yoxdur.
Bank Respublika - «NeoKart» ilə alış-veriş zamanı YDM-lərdə 2% kəşbək hesablanır. Kəşbək üzrə aylıq maksimal məbləğ 300 AZN təşkil edir və bu yalnız kəşbək komponentinə aiddir. Kəşbək balansı ötən ayın əməliyyatları üzrə formalaşır. Toplanmış bonusları hər növbəti ayın 5-dən sonra həmin ayın sonunadək kəşbək məbləğinə dəyişmək mümkündür. Qalıq bonusu isə silinmir və 2 il müddətində digər komponentlərə (Mil/Dəqiqə/Mobil internet) dəyişə bilərsiniz. Kateqoriya üzrə limit yoxdur.
Paşa Bank - «akart» kateqoriya seçimi, minimal dövriyyə tələbi olmadan bütün YDM-lərdə 2% keşbek hesablanır. Kəşbək üzrə aylıq maksimal məbləğ 100 AZN təşkil edir. Hər kateqoriyada qazanılacaq maksimum aylıq kəşbək 25 AZN təşkil edir.
Rabitəbank - «Kartmane» kartı yanacaqdoldurma məntəqələrində xərcləmələr üçün 5% kəşbək hesablayır. Qeyd edək ki, 5% YDM kəşbəki yalnız Apple Pay və Google Pay vasitəsilə ödənişlər zamanı hesablanır. Kart vasitəsilə ödənişlər zamanı isə 0.5% kəşbək hesablanır. Kateqoriya üzrə maksimal qazana biləcəyiniz keşbek məbləği – 30 AZN, maksimal aylıq keşbek məbləği 200 AZN təyin edilir.
XalqBank -«XalqKart Petrol» bankın partnyor olmayan Ticarət-xidmət müəssisələrində XalqKart Petroldan istifadə etməklə aparılan hər nağdsız əməliyyat məbləğin 3%-i miqdarında, lakin hər bir halda eyni növ MCC kod altında aparılmış nağdsız əməliyyatlar üzrə aylıq maksimum 30 Oil-bonus qazandırır. Bu məhsul üzrə toplanan bonuslar ölkə üzrə mövcud bütün AZPETROL yanacaqdoldurma məntəqələrində istifadə oluna bilər. Toplanmış 1 OİL bonusu 1 AZN ekvivalentinə bərabərdir. Bonusların pula çevrilməsi mümkün deyil. Toplanmış bonuslar kartın istifadə müddətinin bitmə tarixinədək istifadə oluna bilər. OİL bonusların minimal aylıq sayı: 5 OİL , OİL bonusların maksimal aylıq sayı: 300 OİL
Yelobank- «Yelo Light» kartları da yanacaq üçün 4% kəşbək qazandırır. Onu da qeyd edək ki, Yelo Light kartları ilə YDM kateqoriyası üzrə aylıq maksimum 10 AZN, 10 AZN cashback hesablandıqdan sonra YDM ödənişlərinə 0.5% kəşbek hesablanır.
