Gözləyin...

Yelo Bank həftəsonu da xidmət göstərəcək

Bank xəbərləri 25 October 2024

Yelo Bank -da yeni dəyişikliklərə əsasən, bankın Sahil və İnşaatçılar filialları həftəiçi 22:00-dək, həmçinin həftəsonuları 10:00-dan 14:00-dək xidmət göstərəcək.

Həftəiçi çatdıra bilmədiyiniz debet kart sifarişi, əmanət yerləşdirmək, kredit müraciəti, hesaba mədaxil/məxaric və digər gündəlik bank xidmətlərindən həftəsonu və işdən sonra Sahil və ya İnşaatçılar filialına yaxınlaşaraq faydalana bilərsiniz. Qeyd edək ki, uzadılmış iş saatlarında fiziki şəxslər üçün nəzərdə tutulmuş bank xidmətləri göstəriləcək.
 

Telegram kanalımıza abunə ol