Ziraat Bank Azərbaycan Türk Lirəsi valyutasında Bankkart VİSA Platinum kartını təqdim edir

Ziraat Bank Azərbaycan Türk Lirəsi valyutasında Bankkart Visa Platinum kartını istifadəyə təqdim edib. Yeni kart, xüsusilə Türkiyəyə tez-tez səfər edən, onlayn alış-veriş edən və ödənişlərdə rahatlıq axtaran müştərilər üçün nəzərdə tutulub.
Kartı əldə etmək üçün müştərilər onlayn müraciət edə və ya şəxsiyyət vəsiqəsi ilə Ziraat Bank Azərbaycan filiallarına yaxınlaşa bilərlər. Yeni Bankkart Visa Platinum TL, 1, 3 və 5 illik müddətə təqdim olunur.
Yeni Bankkart Visa Platinum TL sahibləri bütün ödənişlərini birbaşa Türk Lirəsi ilə həyata keçirə biləcək və bununla da əlavə konvertasiya komissiyalarından azad olacaqlar. Bundan əlavə, Ziraat Bank Türkiyə ATM-lərindən sərfəli şəkildə nağd vəsait çıxarmaq imkanı əldə edəcəklər. Bankkart Visa Platinum TL, yalnız bir ödəniş kartı deyil, həm də premium üstünlüklər təqdim edən bir məhsuldur. Kart sahibləri üçün Visa Konsyerj Xidməti çərçivəsində aşağıdakı imkanlar təqdim olunur: Dünyanın istənilən nöqtəsində otel və restoran rezervasiyası, Tədbir biletlərinin alınması, Avtomobil icarəsi və hava limanı transfer xidmətləri, Hava limanlarında Fast Track və Fast Line xidmətləri vasitəsilə vaxt itkisinin qarşısının alınması.